Redaksiya

ARDNŞ təkzib edir: Şimali İraqda heç bir fəaliyyətimiz yoxdur

ARDNŞ Şimali İraqda hər hansı fəaliyyət növü ilə məşğul olduğunu təkzib edib. Dövlət Neft Şirkətinin bu barədə yaydığı məlumatda deyilir: «Bəzi kütləvi informasiya vasitələrində «məlumatlı mənbə»yə istinadən yayılmış belə bir yanlış məlumat dərc olunub ki, guya ARDNŞ Şimali İraqda, Mosul və Kərkük şəhərləri ətrafında neft kəşfiyyatı ilə bağlı geoloji işlərə…

Tam mətn

Azərbaycan-Türkiyə hərbi bölmələrinin təlimləri başlandı

Silahlı Qüvvələrin Qaraheybət Təlim Mərkəzi iyulun 16-da Azərbaycan-Türkiyə birgə təliminin açılış mərasimini keçirib. Silahlı Qüvvvələrin Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Eyvaz Cəfərov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Qeyd edilib ki, hər iki ölkə rəhbərliyinin iştirakı ilə 2011-ci ildə İzmirdə, 2012-ci ildə isə Qəbələdə keçirilən Azərbaycan-Türkiyə…

Tam mətn

Ekspertlər ölkədə mülkiyyət hüququ problemlərini müzakirə ediblər

Mülkiyyət hüququ sahəsində qanunvericilik bazası, problemlər, yarıtmaz icra vəziyyəti, vətəndaşların mülkiyyətlərinin qanunsuz olaraq əlindən alınması, bu sahədə yerli məhkəmələrin və Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsi bu gün Park İnn otelində keçirilən dəyirmi masanın əsas müzakirə mövzusu olub, deyə Turan-ın xəbərində deyilir. Amerika səfirliyinin dəstək verdiyi layihənin yekunu olaraq Azərbaycan Hüquqşünaslar…

Tam mətn

Qraçya Arutyunyanın arvad xələtində ortaya çıxarılması erməniləri hirsləndirib

Moskvada 18 vətəndaşın ölümünə səbəb olan Ermənistan vətəndaşı, sürücü Qraçya Arutyunyanın məhkəməsi başlayıb. O məhkəmə zalına arvad paltarında gətirilib. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Qraçya Artyunyan Tver məhkəməsinə istintaqın tələbi ilə üzü tüklü və güllü arvad xələtində gətirilməsi dünya ermənilərinin bərk xətrinə dəyib. Yayılan video görüntülərdə yük…

Tam mətn

Ermənilərə MİLAN komleksini yunanlar satıb?

Ermənistan əldə etdiyi MILAN tank əleyhinə idarə olunan raket komplekslərini Yunanıstandan alıb. Azərbaycan tərəfinin apardığı araşdırmalar zamanı bəlli olub ki, Ermənistan son 2 ildə Yunanıstandan və Kiprdən (Yunan Kipri) tank əleyhinə komplekslər və xeyli sayda pulemyot və biratımlı qumbaraatan alıb. Ümumilikdə Ermənistanın Yunanıstandan 20-dən artıq MILAN kompleksi əldə etməsinə…

Tam mətn

Polislərdən biri ona boynundan dirsəyi ilə zərbə endirib…

Avropa İnsan Hüquqları Məhkəməsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun işi üzrə kommunikasiyaya başlayıb. RATİ-nin məlumatına görə, AİHM Azərbaycan hökumətinə suallar göndərib. Azərbaycan hökuməti oktyabr ayınadək sualları cavablandırmalıdır. AİHM-ə şikayət işgəncəyə məruz qalmanın yolverilməz olması, sərbəst toplaşmaq, ifadə azadlığı kimi hüquqlarının pozulması ilə bağlı verilib. E. Hüseynov 2008-ci…

Tam mətn

Magistral yol kənarında ticarət: bunun fəsadları var

Magistral yolların kənarında, avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında çoxlu sayda qanunsuz tikililər inşa olunur. Eyni zamanda magistral avtomobil yollarında bir sıra hallarda qeyri-qanuni olaraq kənd təsərrüfatı məhsulları satılır. Belə vəziyyət isə avtomobil yollarında təhlükəsiz hərəkətin təşkilinə imkan vermir, eyni zamanda yol-qəza hadisələrinin artmasına gətirib çıxarır. Yollarda hərəkətin intensivliyinə təsir…

Tam mətn