Muəllif:

Polislərdən biri ona boynundan dirsəyi ilə zərbə endirib…

Avropa İnsan Hüquqları Məhkəməsi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun işi üzrə kommunikasiyaya başlayıb. RATİ-nin məlumatına görə, AİHM Azərbaycan hökumətinə suallar göndərib. Azərbaycan hökuməti oktyabr ayınadək sualları cavablandırmalıdır. AİHM-ə şikayət işgəncəyə məruz qalmanın yolverilməz olması, sərbəst toplaşmaq, ifadə azadlığı kimi hüquqlarının pozulması ilə bağlı verilib.
E. Hüseynov 2008-ci il iyunun 14-də “Çe Gevara Fan Klubu” adlı qrupla birlikdə Bakı kafelərindən birində Çe Gevaranın 80 illiyini qeyd etmək məqsədilə tədbir keçirərkən tədbirin başlanmasından yarım saat sonra kafeyə polis əməkdaşları daxil olaraq tədbiri dayandırıblar və iştirakçıları şöbəyə aparmağa göstəriş verilib. Polis E.Hüseynovu və onun RATİ-dən olan iki həmkarını saxlayıb.
E.Hüseynovu polis bölməsinə aparan dörd polis əməkdaşı ona qarşı güc tətbiq edərək ona qarnından yumruq və ayaq zərbələri endirib.
Şöbəyə çatarkən isə o, digər saxlanılan şəxslərdən ayrı olaraq şöbə rəisinin müavininin otağına aparılıb, orada təhdid olunaraq döyülüb. Polislərdən biri ona boynundan dirsəyi ilə zərbə endirib, nəticədə E.Hüseynov huşunu itirib.
E.Hüseynovda kəllə-beyin travması və nevroloji reaksiya diaqnozu müəyyən olunub. İyunun 25-də ongünlük intensiv tibbi yardımdan sonra xəstəxanadan çıxıb. Qanunsuz saxlanma və polis zorakılığı ilə bağlı məhkəmə şikayət edib.
Jurnalist təqsirkarların cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına və məhkəmələrə müraciət etsə də, nəticəsi olmayıb və bu səbəbdən iş Avropa məhkəməsi müstəvisinə çıxıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 126