“Azadlıq” qəzetinin işçiləri “Qasid”in ofisi önündə piket keçirəcək
İyulun 19-da saat 12-də ölkənin aparıcı müxalifət qəzeti olan “Azadlıq”ın kollektivi “Qasid” mətbuat yayımı firmasının ofisi qarşısında etiraz aksiyası keçirəcək. Aksiyanın səbəbi “Qasid”in qəzetə satılmış nüsxələrə görə 45 min manat borcunu ödəməməsidir, deyə Turan xəbər verir. “Bir ildən çoxdur ki, “Qasid” rəhbərliyi müxtəlif bəhanələrlə firmanın qəzetimizin satılmış nüsxələrindən əldə etdiyi…