Azərbaycan, Türkiyə və Qazaxıstan SQ-lərinin birgə təlimi olacaq
Yaxın vaxtlarda Türkiyədə Azərbaycan, Türkiyə və Qazaxıstan Silahlı Qüvvələrinin birgə təlimi keçiriləcək.
Təlimlər üç ölkənin Silahlı Qüvvələrinin xüsusi təyinatlı qruplarının iştirakı ilə baş tutacaq. Hazırda təlimin tarixi və texniki məsələlər dəqiqləşdirilir. Bu ilin iyul ayında Azərbaycanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin motoatıcı bölmələrinin iştirakı ilə taktiki təlimlər keçirilib.
…