Güneydə ekoloji fəlakətin fəsadları: Təbrizdən keçən Acı çay da quruyub
Güney vilayətlərində ekoloji fəlakətin fəsadları bir-bir üzə çıxır. Son olaraq Təbrizdən keçən Acı çayın da quruduğu xəbəri yayıldı. GünAz TV bildirir ki, Güney Azərbaycanın ekoloji durumu getdikcə təhlükə altına düşür. Urmu gölü və Qurugölün quruması böhranı hələ öz həllini tapmamışdan daha bir üzücü xəbərlə üzləşməkdəyik.
İran rejiminin çaylar üstündə sədd tikmə layihələrinin ucbatından Təbrizdən keçən Acı çayı quruyub. 5 il öncə Təbrizdə Acı çayının suyu olduqca bol olurdu və çayın kənarına gedən turist və əhali Səfəvi dövründən qalan tarixi körpüdən çayın suyunun axmasına tamaşa edirdilər. Lakin çayın yuxarı hissəsində bəzi sədlərin tikilməsi nəticəsində artıq çayın Təbrizdən keçən hissəsinə su çatmır.
Qeyd edək ki, İranın başqa yerlərində hər hansı çay bu şəkildə qurudulursa, hətta rejimin rəsmiləri belə etiraz edirlər. Acı çayına qarşı diqqətsizlik isə həmin çayın Azərbaycanda olması ilə bağlıdır.

