Redaksiya

Kiyevdə ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası piketlə müşayiət olunur

Kiyevdə ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası başlayıb, bir qrup fəal toplantının təşkil olunduğu binanın qarşısında piket keçirir. Bu gün Kiyevdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası öz işinə davam edir. 57 üzv ölkənin, eləcə də tərəfdaş ölkələrin heyətlərinin toplantının keçirdiyi Beynəlxalq Sərgi…

Tam mətn

Yol polisi cərimələri vaxtında ödəməyənlərə xəbərdarlıq edir

Respublika Baş Dövlət Yol Polisi İdarəsi barələrində inzibati protokol tərtib edilmiş sürücü, sərnişin və piyadalara xəbərdarlıq edərək bildirir ki, cərimələrini vaxtında ödəməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq əlavə cəza tədbirləri görüləcək. Ona görə də əlavə problemlərlə rastlaşmaq istəmirlərsə, diqqətli olmalı və ödəmələri vaxtında etməlidirlər. Bu barədə Trend-ə Respublika Baş…

Tam mətn

Könüllü və ya hədə-qorxu nəticəsində rüşvət verən də cinayət məsuliyyətinə cəlb ediləcək

Rüşvət vermə ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi və yeni cəzaların tətbiq olunması gözlənilir. Milli Məclisdə bununla bağlı Cinayət Məcəlləsinin 312-ci maddəsinə əlavə və dəyişiklik təklif olunur. Əlavə və dəyişikliyə əsasən könüllü və ya hədə-qorxu nəticəsində rüşvət verənlər də cinayət məsuliyyətinə cəlb ediləcəklər. Yeni layihəyə əsasən mövcud maddədən aşağıdakı qeyd…

Tam mətn

Brüsseldə AB-Azərbaycan siyasi dialoqu olub

Brüsseldə Avropa Birliyi Siyasi və Təhlükəsizlik Komitəsi səviyyəsində Azərbaycanla növbəti siyasi dialoq keçirilib. Azərbaycanın Belçika və Lüksemburq səfirliyindən bildirilir ki, iclasda ölkəmizi AB yanında Nümayəndəliyin başçısı, səfir Fuad İsgəndərov, AB-ni isə Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Volter Stivens təmsil ediblər. Stivens Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs zirvə görüşü sonrasında AB…

Tam mətn

Yeddi ayda İranda 1627 nəfər narkotik istifadəçisi ölüb

İranda bu ilin ilk 7 ayı ərzində (İranda il martın 21-də dəyişir) 1627 nəfər narkotik istifadəçisi yaşamına son qoyub. Bunu İranın Narkotik Maddələrlə Mübarizə Təşkilatının sədr müavini Babək Dinpərəst deyib. Bu barədə İRNA agentliyi xəbər verir. Dinpərəstin sözlərinə görə, ölənlərin 1511 nəfəri kişi, 116 nəfəri isə qadındır: «Ötən ilin eyni…

Tam mətn

Müsavat partiyası Milli Şura ilə münasibətləri müzakirə edə bilər

Demokratik Qüvvələrin Milli Şurasında böhran yaşanır, buna səbəb isə bəzi qüvvələrin özlərini bu qurumun yaranması mahiyyətinə uyğun olmayan davarnış sərgiləməsndədir. Bunları Turana Müsavat partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib. Onun sözlərinə görə, quruma daxil olan bəzi qüvvələr Şuranın assosiativ üzlük əsasında yardılması, qərarların tərəflərin ümumi razılığı əsasında…

Tam mətn

Cəmil Həsənli — sədr, İbrahimbəyov — fəxri sədr oldu, Rəsul Quliyev — xaric olundu

Cəmil Həsənli Demokratik Qüvvələrin Milli Şurasının 3 dekabr tarixli sessiyasında bu qurumun sədri seçilib. Həsənli bu vəzifədə könüllü şəkildə istefaya gedən Rüstəm İbrahimbəyovu əvəz edib. İbrahimbəyov qurumun fəxri sədri seçilib. Sessiyada başqa təşkilati məsələlər də müzakirə edilib. Liberal Partiyanın sədri Lalə Şövkət, bu partiyanın icra katibi Əvəz Temirxan və…

Tam mətn