Muəllif: Redaksiya
Yeddi ayda İranda 1627 nəfər narkotik istifadəçisi ölüb
İranda bu ilin ilk 7 ayı ərzində (İranda il martın 21-də dəyişir) 1627 nəfər narkotik istifadəçisi yaşamına son qoyub. Bunu İranın Narkotik Maddələrlə Mübarizə Təşkilatının sədr müavini Babək Dinpərəst deyib. Bu barədə İRNA agentliyi xəbər verir. Dinpərəstin sözlərinə görə, ölənlərin 1511 nəfəri kişi, 116 nəfəri isə qadındır: «Ötən ilin eyni dövrü ilə müqayisədə narkotik maddə istifadəçilərinin ölüm halları 7 faiz azalıb. İsfahan və Tehran əyalətlərində narkotik istifadəçilərinin ölüm halları daha çoxdur».
Bölüm: Güney
Oxunma sayı: 131

