Drezdenin şəhər nəqliyyatında Xocalı soyqırımı videoçarxı göstərilir
Drezdenin ictimai nəqliyyatında Xocalı soyqırımı videoçarxı nümayiş etdirilir. Diasporla İş üzrə Dövlət Komitəsindən yayılan xəbərə görə, Saksoniyanın inzibati mərkəzi olan Drezdendə fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti Drezdendə şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən ictimai nəqliyyat vasitələrində (avtobus və tramvaylarda) Xocalı soyqırımını əks etdirən çarxların nümayişini təşkil edib….