Muəllif:

MN bu il müqaviləli heyətin sayını xeyli artırmağı planlaşdırır

Müdafiə Nazirliyi sistemində  bu il müqaviləli heyətin sayını əhəmiyyətli şəkildə artırmaq planlaşdırılır. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Silahlı Qüvvələrdə hərbi texnikanın və dəqiq silahların idarə olunması, eləcə də şəxsi heyətlə bilavasitə təmasda olan kiçik komandir (qrup və manqa komandiri) vəzifələri müqaviləli heyətə həvalə olunacaq.

Silahlı Qüvvələrdə hesab edirlər ki, bununla, hərbi xidmətin keyfiyyəti yüksələcək, eyni zamanda neqativ hallar minimuma endiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, artıq dekabrdan Silahlı Qüvvələrdə müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək arzusunda olan vətəndaşların müraciətləri toplanır. Sayı açıqlanmasa da, bu günədək çox sayda müraciət olub. Müqaviləli heyətin sayı tədricən artırılacaq.

Nazirlik bir daha bəyan edir ki, Silahlı Qüvvələrdə müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək istəyən  vətəndaşlar, qanunvericiliklə tənzimlənmiş qaydada Bakı, Bərdə, Beyləqan, Şəmkir və Naxçıvanda yerləşən birliklərin komandanlıqlarına müraciət edə bilərlər.

Bu təcrübə bir neçə ildir Sərhəd Qoşunlarında və Daxili Qoşunlarda tətbiq olunur.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 129