ROBİN QUD SİNDROMU
BİZLƏR VƏTƏNDAŞLAR TOPLUMUNA ÇEVRİLMƏMİŞİK Birinci məqalə İsti-isti Gəncə hadisələrini dəyərləndirmək istəyi vardı. Amma bir az sakitləşəndən sonra fikrimdən daşındım. Bir müddət hadisələri kənardan müşahidə etməyə üstünlük verdim. Necə deyərlər, emosiyalara uymamağı qərara aldım. Hadisələrdə islamçıların günahladırılması da, kütləvi həbslər də, şübhəli şəxslərin bir qisminin həbs zamanı qətlə yetirilməsi də, və yəhayət, terroristlərin arxasında xarici güclərin durması haqqında ehtimallar da gözlənilən idi. Bu ssenari çox asanlıqla oxunurdu. Elə bil ki, öz əlimlə yazmışdım.