Fərrux Şıxlı

Buna da bir quş

Çoxdan idi kinoteatra getmirdim. Lap çoxdan. Bəlkə də ölkəmiz müstəqillik qazanandan bu yana. Yox, kinoya baxmaq həvəsim ölməyib, qabağımda pürrəngi çay, divanda yayxanıb televizorda yaxşı bir filmə tamaşa etməyi xoşlayıram. Bəlkə də kinoteatra getməməyimin səbəblərindən biri məhz elə istədiyin kino əsərinə evdən çıxmadan baxmaq imkanının olmasıdır. Başqa bir səbəb isə yəqin ki, bir ara kinoteatrların bağlanıb yerlərində restoran və kafelərin açılması idi. Bir ara deyəndə, bu vəziyyət elə indinin özündə də davam edir.

Tam mətn

Amneziya

Təxminən iki ay bundan qabaq, daha doğrusu sentyabrın 18-də, dahi Üzeyir Hacıbəyovun doğum günü idi. Saytlardan biri bu münasibətlə Bakı küçələrində videosorğu keçirmişdi. Təxminən beş dəqiqəlik süjetdə jurnalist on-on iki adama “Üzeyir Hacıbəyovu tanıyırsınızmı?” sualını verməyə fürsət tapmışdı. Sual müxtəlif yaş təbəqələrinin nümayəndələrinə verilmişdi. Amma, əsasən, gənclər idi.

Tam mətn

500 illik ömür və kömür

Son günlər dünyada olub-bitənləri öyrənmək üçün hara yollanırdımsa (Ağlınıza başqa bir şey gəlməsin, söhbət virtual səyahətdən gedir, internet, televiziya və s.) 500 rəqəmi məni qarabaqara izləyirdi. Demə, bu il Reformasiyanın, yəni Qərbi Avropanın bir sıra ölkələrində katolik kilsəsinin mənəvi diktaturasını məhv edən, nəticədə elmin və dünyəvi mədəniyyətin inkişafını asanlaşdıran ictimai-siyasi və ideoloji hərəkatın başlanmasının 500 illiyi imiş. Məhz 1517-ci ilin oktyabr ayının 31-də bu hərəkatın lideri Martin Lüter özünün 95 tezisi ilə çıxış edibmiş.

Tam mətn

Zibillənmiş efir

Bu yaxınlaradək elə bilirdim ki, tarixdən, coğrafiyadan, ordan-burdan bir az məlumatım var. Amma necə də yanılırmışam!

Tam mətn

我們生活在巴庫 Bura Azərbaycanın paytaxtıdır!

İndi deyəcəksiniz ki, başlıqda yazılanı başa düşmədik. Guya şəhərdə gəzəndə sağda-solda, divarda-pəncərədə yazılanları başa düşürsünüz. Heç lazım da deyil. Əsas əcnəbilər (vaxtilə seyrə balonlarla çıxanları deyirəm. Amma öz aramızdı, indi avtomobil minmək nədir, özümüz səmaya balon buraxırıq) başa düşsün. Onlar özlərini evdəki kimi hiss etməlidirlər, biz birtəhər başımızı girləyərik….

Tam mətn

Zamanda itənlər

Keçən əsrin 70-ci illəri. Belarus. Meşədən üz-gözünü tük basmış, yarıvəhşi bir insan çıxır. Yol ilə gedən yaşlı bir qadına yaxınlaşaraq: «Ay, nənə, kənddə almanlar var? — deyə soruşur. Arvad naməlum məxluqa təəccüblə baxaraq:»A bala, alman nə gəzir, müharibə 25 ildir qurtarıb!» — söyləyir. Meşə sakini dilxor-dilxor: «Əşşi, deyin də,…

Tam mətn

Uçur göylərə

Uşaqlıq illərimdə (bəri başdan qeyd edim ki, bu, sovet dövrünə, ölkəyə hələ çənəsi əsib, ağzı marçıllamayan, xalqımızın böyük dostu L.İ.Brejnevin rəhbərlik etdiyi vaxta təsadüf edir) hər il dekabrın 31-də, Yeni il bayramı ərəfəsində televiziya ilə «Morozko» (filmin orijinal adı belə idi, Azərbaycan dilinə dublyaj olunub-olunmadığı, düzü, yadımda deyil) filmi…

Tam mətn