Elçin Şıxlı

Bakıda anadan olub. Xarici Dillər İnstitutunda ingilis və alman dilləri üzrə təhsil alıb. İlk rəsmi iş yeri olan Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində informasiya-reklam şöbəsinin müfəttişi işləyib. Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olduğu zaman sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik edib, tərxis olunduqdan sonra isə «İnturist» ÜSC Bakı şöbəsində tərcüməçi işləyib. Daha sonra isə Azərbaycan Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub. Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının katibi, V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent, «Azəpbaycan Kommunisti» - «Kommunist Azerbaydjana» jurnalında ədəbi işçi kimi çalışıb. 1990-cı ilin iyulundan Azərbaycanda nəşrə başlamış ilk rusdilli müstəqil və ilk müstəqil qəzetlərin beşliyində olan «Ayna»-«Zerkalo» qəzetlərinin qurucularından biri və həmtəsisçisi olaraq baş redaktor müavini, sonradan yaradılmış və tərkibində “Ayna”, “Zerkalo”, “Birja”, “Al-ver”, “Həftə sonu+” qəzetləri, “Çapar” qəzet yayımı firmasının olduğu “Ayna Mətbu Evi” şirkətinin həmtəsisçisi və prezidenti olub. 90-cı illərdə “Trend” və “Monitor” jurnallarının yaranması və işıq üzü görməsi üçün çalışıb. 2001-ci ildən«Ayna»-«Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktorudur. İngilis dilindən etdiyi ilk tərcüməsi 1976-cı ildə işiq üzü görüb. İngilis, rus və türk dillərindən tərcümələr edir. Oskar Uayldın “Sehrli nağıllar” və Əziz Nesinin “Futbol kralı” əsərləri onun tərcüməsində kitab kimi işıq üzü görüb. 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. “Zərdabi” və “Ali Media Mükafatı” laureatı, Azərbaycanın «Əməkdar jurnalisti»dir. 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

“Hökümət işığı” və üçüncü sənaye inqilabı

“Ayna” üçün yazı mövzularını müzakirə edəndə Arif (Əliyev) dedi ki, o qədər “pis” şeylər haqqında yazmışıq ki, indi  yaxşı bir şeydən yazmaq istəyirəm, mövzu tapammıram. O, axtaranadək, deyəsən mən tapmışam. Amma bu mövzunu yaxşı yaza biləcəmmi? Hələ bilmirəm… **** Gün günortanı keçmişdi. Bir yandan qızmar günəş, bir yandan da güclü xəzri adamı təntidirdi (Abşeronun nəyi olmasa da günəşiylə küləyi boldur). Ona görə də evə girib bütün kondisionerləri qurmuşdum.

Tam mətn

Yeni «AYNA»

  Qəzetin buraxılışını dayandıranda son yazımı “məğlubiyyətin bu qədər rahatlıq gətirəciyini düşünməzdim” fikri üzərində qurmuşdum. Çünki doğrudan da yorulmuşdum. Ən çox da “yel dəyirmanlarıyla” savaşmaqdan… Özümə söz verdim ki, daha yazı yazmayacam. Yazmadım da… Düz iki il…Bu vaxt ərzində haqqında oxuduğum, eşitdiyim və bildiyim, amma rastlaşmadığım çox şeylərlə üzləşdim. Vəfasızlıq da, eniklik də gördüm, amma əsl dostluğun nə demək olduğunu da anladım. Əvvəlcə, özümü hər şeydən təcrid etməyə çalışdım. Heç nə oxumadım, heç nə ilə maraqlanmadım.

Tam mətn

İtirdiyim kitab

On ilə yaxındır ki, şəhərin mərkəzindəki ata evimdən Şüvəlana köçmüşəm. Şəhərin səs-küyü və köhnə qonşularımızın bir-bir, kiminin binadan, kiminin də bu dünyadan köçməsi məhəllənin ləzzətini də aparmışdı.

Tam mətn

Une perdue generation

«Siz hamınız itmiş nəsilsiniz». İlk dəfə bu sözləri bədii ədəbiyyata Ernest Heminquey gətirmişdir, amma bu fikir ona deyil, digər Amerika yazıçısı Gertruda Stayna məxsusdur. Heminqueylə söhbət zamanı o, müharibədən qayıtmış sürücüsündən narazılığını məhz belə ifadə etmişdi — Une generation perdue. Ömrünün əhəmiyyətli hissəsini Fransada yaşamış və elə oradaca vəfat…

Tam mətn

Şimal

Həftəsonu yolum Mehdiabada düşmüşdü. Yoldaşım da, uşaqlarım da mənimlə idi. Hava da xoş idi. Birdən gözüm yol ayrıcındakı bir lövhəyə sataşdı. Üstündəki «Avropa» sözünü oxuyanda maşını kənara çəkib saxlatdırdım. Hamı təəccüb və təşvişlə mənə baxdı ki, bu kişiyə nə oldu belə? Getdiyimiz yerdə maşını niyə saxladı? Qımışdığımı görüb rahatladılar…

Tam mətn

Eloy və morloklar

Fikrim Rusiyanın Krımı həyasızcasına ilhaq etməsindən yazmaq deyil. Bu barədə çox yazılıb, yazılır və yazılacaq da. Bununla bağlı fikrim də birmənalıdır — işğal. Heç Rusiya prezidenti Vladimir Putini Adolf Hitlerlə müqayisə etmək fikrim də yoxdur. Bunu etməyən, deyəsən, qalmayıb. Krımın işğalına haqq qazandırmaq üçün istifadə edilən təbliğat, təşviqat və…

Tam mətn

Qoy danışsınlar!

Bu nömrəni adəti üzrə həftəsonu deyil, həftəarası buraxırıq, çünki bayramdır — Novruz bayramı! Məmləkət əhli düz bir həftə bayram edəcək. Təki həmişə bayram olsun, amma aradabir işləmək də pis olmazdı. İstanbuldan çox yaxın bir dostum telefon açmışdı. Soruşurdu ki, bayramları nə edəcəksən. Mən də dedim ki, həmişəki kimi. Dərindən…

Tam mətn