Elçin Şıxlı

Bakıda anadan olub. Xarici Dillər İnstitutunda ingilis və alman dilləri üzrə təhsil alıb. İlk rəsmi iş yeri olan Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində informasiya-reklam şöbəsinin müfəttişi işləyib. Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olduğu zaman sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik edib, tərxis olunduqdan sonra isə «İnturist» ÜSC Bakı şöbəsində tərcüməçi işləyib. Daha sonra isə Azərbaycan Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub. Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının katibi, V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent, «Azəpbaycan Kommunisti» - «Kommunist Azerbaydjana» jurnalında ədəbi işçi kimi çalışıb. 1990-cı ilin iyulundan Azərbaycanda nəşrə başlamış ilk rusdilli müstəqil və ilk müstəqil qəzetlərin beşliyində olan «Ayna»-«Zerkalo» qəzetlərinin qurucularından biri və həmtəsisçisi olaraq baş redaktor müavini, sonradan yaradılmış və tərkibində “Ayna”, “Zerkalo”, “Birja”, “Al-ver”, “Həftə sonu+” qəzetləri, “Çapar” qəzet yayımı firmasının olduğu “Ayna Mətbu Evi” şirkətinin həmtəsisçisi və prezidenti olub. 90-cı illərdə “Trend” və “Monitor” jurnallarının yaranması və işıq üzü görməsi üçün çalışıb. 2001-ci ildən«Ayna»-«Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktorudur. İngilis dilindən etdiyi ilk tərcüməsi 1976-cı ildə işiq üzü görüb. İngilis, rus və türk dillərindən tərcümələr edir. Oskar Uayldın “Sehrli nağıllar” və Əziz Nesinin “Futbol kralı” əsərləri onun tərcüməsində kitab kimi işıq üzü görüb. 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. “Zərdabi” və “Ali Media Mükafatı” laureatı, Azərbaycanın «Əməkdar jurnalisti»dir. 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

Öz torpağında mühacirətdə olanlar

“Yenə də deyirəm — Messini »Barselona»dan gətirib, »Qəbələ» klubunda ehtiyat oyunçular skamyasında otuzdursaydınız, heç kəs onun istedadının miqyasını anlaya bilməzdi”… Azər Rəşidoğlu   Raufu (Mirqədirovu) uğurladıq getdi… Ərəstun Oruclu da getdi… Vahid Qazi neçə ildir gedib… Rəşid Hacılı da Bakıda yoxdur… Siyahı uzundur. Bu insanlar media ilə bağlı olanlardır. Və bu, hələ şəxsən tanıdıqlarımdır. Səbəb aydındır desəm, çox bəsit olar. Əsl səbəbsə, zənnimcə, hələ dərk edə bilməyəcəyimiz qatlardadır.

Tam mətn

Armageddon

  “Amma mən şəxsiyyətəm. Və sizin müdaxilənizə etiraz edirəm”. “Armageddonda yuxuya dalmış” Rey Bredberi   Armageddon – xristianlara görə, məhşər günündə Xeyirlə Şərin son döyüş yeridir… Sabah ertədən əlimə Rey Bredberinin cildi keçmişdi. Vaxtilə maraqla oxuduğum müəlliflərdən biridir. Hekayələrində Marsdan, marslılardan, insanların orada məskən salmasından çox yazır, amma bir şeyə fikir verdim ki, özgə planetlərə köçmək kimi səviyyəyə çatmış insanlardan yazsa da, elə hey Yer üzündəki müharibələrdən bəhs edir.

Tam mətn

Beynimdən axmaq bir fikir keçdi

“Mən başıma şlyapa qoymuram ki, onu heç kimin qarşısında çıxarmayım» Qabriel Qarsia Markes     İstidən küknar qozaları çatırtıyla partlayır… *** Amerikalı üzgüçü Maykl Felps 23 qat Olimpiya çempionu oldu… Və bu hələ son deyil… *** Türkiyə futbol tarixində bəlkə də ən parlaq ulduz olmuş Hakan Şükür terrorçu elan olundu və hökümət onun bütün varidatına əl qoydu… *** Türkiyədə ər arvadını Ərdoğanı bəyənmədiyinə görə polisə təslim etdi… *** “WhatsAp” yaradıcısı Yan Kum, “Google” yaradıcısı Sergey Brin və

Tam mətn

Ölən Dünyam

“Külək yarpaqları astadan xışıldatdı. Həsən ağanın uzun saqqalı ehmalca tərpəndi. Göz yaşı içində atasının böyrünə qısılan Söhrab, Alan, bir də Həsən ağa elə bil sahildə heykəlləşdilər. Kür isə yenə həmişəki kimi gah meşəyə doğru burulub axır, gah çiləkənlərin üstündən aşır, gah da yarğanlara, qolpunlara çırpılırdı. Elə bil dünyada heç nə olmamışdı”. *** Son romanının (İsmayıl Şıxlının »Ölən dünyam» romanı) bu son sətirlərini hər dəfə oxuyanda qəhər məni boğur. Bu dəfə də eyni şey baş verdi.

Tam mətn

Havadakı qəzetçilik qoxusu

Bu dəfə biosfer təfəkkürdən yazmayacam… Hələlik… Çünki son üç gün çox sevdiyim bir məmləkət – Türkiyə bir-birinə qarışıb. Adamın ürəyi ağrıyır… Nə siyası analiz verəcəm, nə də kimin haqlı, kimin haqsız olduğunu araşdıracam. Sadəcə, KİV-in nə demək olduğu barədə fikirlərimi bölüşəcəm. **** Son 26 ildə bir jurnalist kimi görüşdüyüm adamların siyahısını tutmağa qalxsam, bir romanlıq yazı çıxar. Zatən, həmkarlarımın hərəsi belə bir kitab bağlaya bilər.

Tam mətn

PORTUQALİYA…

  Yox-yox, futbolun başlığa, ya da başlığın futbola heç bir aidiyyatı yoxdur. Hərçənd, indi hamı Portuqaliyanın futbol üzrə Avropa çempionu olmasından danışır. Portuqaliyalılarsa, zənnimcə, bu ilin mayında daha önəmli bir nailiyyət qazanıblar — düz bir həftə ərzində ölkə əhalisinin müvafiq ehtiyacları bərpa olunan enerji hesabına təmin edilib. Çox demirəm, bircə dəqiqəlik bunun nə demək olduğu barədə düşünün… Kim bilir, bəlkə belə olmasaydı, futbolda çempionluq da olmaya bilərdi.

Tam mətn

«Shell» Azərbaycandan gedir

  Bu xəbər dünən yayıldı. Müəyyən fasilələrlə Azərbaycanda 1912-ci ildən bəri çalışan bu dünya nəhəngi gedir, daha doğrusu getdi. Səbəb — uzunmüddətli perspektivin olmamasıdır. Ümimiyyətlə, keçən il dünya üzrə, 90 neft-qaz şirkəti yeni layihələrə investisiya qoyuluşunu orta hesabla 22% azaldıb. Şirkətlər yaxın iki ilə planlaşdırılmış dərin neft və qaz yataqlanlarının işlənməsinə sərmayə qoyuluşunu dayandırıblar. Çünki yerin çox dərin qatlarından çıxarılan və ya çıxarılacaq karbohidrogenlər baha başa gəlir.

Tam mətn