Elçin Şıxlı

Bakıda anadan olub. Xarici Dillər İnstitutunda ingilis və alman dilləri üzrə təhsil alıb. İlk rəsmi iş yeri olan Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində informasiya-reklam şöbəsinin müfəttişi işləyib. Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olduğu zaman sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik edib, tərxis olunduqdan sonra isə «İnturist» ÜSC Bakı şöbəsində tərcüməçi işləyib. Daha sonra isə Azərbaycan Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub. Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının katibi, V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent, «Azəpbaycan Kommunisti» - «Kommunist Azerbaydjana» jurnalında ədəbi işçi kimi çalışıb. 1990-cı ilin iyulundan Azərbaycanda nəşrə başlamış ilk rusdilli müstəqil və ilk müstəqil qəzetlərin beşliyində olan «Ayna»-«Zerkalo» qəzetlərinin qurucularından biri və həmtəsisçisi olaraq baş redaktor müavini, sonradan yaradılmış və tərkibində “Ayna”, “Zerkalo”, “Birja”, “Al-ver”, “Həftə sonu+” qəzetləri, “Çapar” qəzet yayımı firmasının olduğu “Ayna Mətbu Evi” şirkətinin həmtəsisçisi və prezidenti olub. 90-cı illərdə “Trend” və “Monitor” jurnallarının yaranması və işıq üzü görməsi üçün çalışıb. 2001-ci ildən«Ayna»-«Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktorudur. İngilis dilindən etdiyi ilk tərcüməsi 1976-cı ildə işiq üzü görüb. İngilis, rus və türk dillərindən tərcümələr edir. Oskar Uayldın “Sehrli nağıllar” və Əziz Nesinin “Futbol kralı” əsərləri onun tərcüməsində kitab kimi işıq üzü görüb. 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. “Zərdabi” və “Ali Media Mükafatı” laureatı, Azərbaycanın «Əməkdar jurnalisti»dir. 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

Ayağın yorğana görə uzadılması

Son zamanlar atalar sözlərimizdən zəhləm getməyə başlayıb. Məsələn, “palaza bürün, elnən sürün”. Bəlkə də vaxtilə deyiləndə müsbət mənada və kimisə məzəmmət edərək düz yola qaytarmaq üçün deyilib. Amma zaman keçdikcə ictimai fikirdə transformasiyaya uğrayıb və müsbət tərəfi silinərək yalnız məzəmmət hissəsi qalıb. İndi öz-özümə deyirəm ki, axı nədən və nə üçün sürünməliyəm? Onsuz da sürünürük. Nə qədər olar? Yaxud “hamı necə, sən də elə”. Hamıdan mənə nə? “Buna da min şükür”. Şükür edə-edə dilsiz-ağızsız bir topluma çevrilmədikmi?

Tam mətn

Bakının damlarını qaldırmaq istəyirəm

“Hara baxırsan, beyni zədəli insanlar görürsən”. “Topal cin” , Alan Rene Lesaj   Ayazlı, şaxtalı payız sabahı… Pəncərənin önündə dayanıb küləyin belə erkən hardansa qovub gətirdiyi və hətta yerdə belə durmayan qupquru qar dənəcəklərinin havada uçuşmasına baxırdım. Qəribəydi, bizdə adətən qardan əvvəl yağış yağardı. İndi isə qarın elə bil hövsələsi daralmışdı – yağışa ümüdlu olmayıb qabağa düşmüşdü… Düşündüm ki, yaxşı ki, indi isti evin içindəyəm… Və bu düşüncələr məni uzaq 70-ci illərə  – Almaniyaya apardı.

Tam mətn

Sədaqətə, bu itdirsə belə, heykəl qoyan millət

“Keçəl Xondulunun uşağı döyməsini bayaqdan marığa yatan Alan da görmüşdü. O, əvvəlcə zingildədi, qabaq ayaqları üstündə sürünə-sürünə arxadan onlara yanaşdı və birdən atın belinə sıçradı. Xondulunun boynundan yapışıb yəhərdən saldı. Sonra xirtdəyindən yapışdı”. “Ölən dünyam” İsmayıl Şıxlı *** Göyün üzü nəhayət təmizlənmişdi — buludlardan əsər-əlamət yoxdu. Günəşin ilıq şüaları ətrafı az da olsa, isitdiyindən günlərdən bəri yağan yağışdan sonra adamın lap qırışığı açılırdı. Həyətdəki zəfəranlar da çiçəkləmişdi. Baxmağa bir göz gərəkdi.

Tam mətn

“Analoq”suz yayım

  İndicə hiss elədim ki, bir-neçə gündür evdə bir hüzur yaranıb. Nə yoldaşım  deyinir, nə də mən. Hərçənd, 32 illik ailə həyatında belə şeylər olur zatən… Sovet dövründə demək olar ki, bütün evlərdə xüsusi radio nagili vardı və reproduktora bənzər bir cihazdan gecə-gündüz (pulsuz idi) “Mayak” radostansiyasının səsi gələrdi. Yaxşı yadımdadır, lap xırda olanda babamgildə qalmağı çox xoşlayardım, çünki ilkbeşikdim və hamı başıma hərlənərdi. Nə xalalarım (dörd xalam vardı), nə də dayım evliydi. Hamısı lap cavandı.

Tam mətn

«Antiutopiya»

  Son günəşli, ilıq günlərdən biri idi. Adamın lap eyni açılırdı. Həyətdə bir az gəzinib elə evə girmək istəyirdim ki, gözüm maşına sataşdı. Yağışlardan sonra üstündə an azı iki barmaq qalınlığında palçıq vardı. Fürsətdi deyib, onu yudurtmağa apardım. Vaxt itirməkdən qorxmasaydım, maşını daha tez-tez yudurtdurardım. Əvvəl istədim yuyucu işini görənəcən ətrafda gəzişim, amma Bredberini oxumağa başlamışdım deyə, fikrimdən vaz keçdim.

Tam mətn

Çiskin

Qaş qaralana yaxın kandarda ayaqlarımı yerə çırpıb evə girdim. Üst-başımdan ocaq iyi gəlirdi… Sabah ayılanda otağın alaqaranlığında mənə elə gəldi ki, hələ səhər açılmayıb. Hərçənd, gün-günortanı az qala keçirdi. Kompüterin qabağında danacan oturduğumdan gec yatıb yuxuya qalmışdım. Əslində, üç ildir gecikəsi bir yerim də yoxdur… Yerimdən qalxıb pəncərədən bayıra boylandım. Yağırdı. Neçə gündür yağır… Naştoylanıb həyətə çıxdım. Havadan çiskin hopmuş ocaq iyi gəlirdi. Amma bu, bacalardan qalxan odun sobalarının samovar tüstüsü dadıyan tüstü deyildi.

Tam mətn

Uşaqların uşaqlıqlarını adam kimi yaşadığı ölkə

“Xəyallara dalmaq işsizlərin gördüyü ən faydasız işdir” Rey Bredberi,  “Qaymaqlı dondurma rəngli misilsiz əlbisə” “Biz Avropada çox şeylər gördük. Biz orda torpaq yola rast gəlmədik. Asfalt yollar Almaniyanı əriş-arğac kəsirdi. Yolların kənarında ağaclar cərgələnmişdi. Evlər səliqəli idi… Mətbəxi, hamamı da öz yerində. Həyətlər də səligəli idi. Odunlar doğranıb səliqə ilə düzülmüşdü. Almaniyada ilk günlər mətbəxə girəndə çaşıb qalırdıq. O qədər qab-qacağa, çəngəl-bıçağa və cürbəcür qədəhlərə, içkilərə rast gəlirdik ki?

Tam mətn