The comprachicos of the mind
“- Mənim gözəl şahzadəm, sizin məzəli cırtdanınız bir daha rəqs etməyəcək… Qız gülərək soruşdu: — Bəs onda o niyə bir daha rəqs etməyəcək? — Çünki onun ürəyi partlamışdır. Qızın qaşları çatıldı, incə, qızılgül ləçəklərinə bənzəyən dodaqları nifrətlə büzüldü. O qəzəblə: — Elə edin ki, bundan sonra mənimlə oynamağa gələnlərin heç birinin ürəyi olmasın…” “Şahzadə qızın ad günü” Oskar Uayld *** Bir neçə icra hakimiyyəti başçısı saxlanılıb. Rüşvət üstündə. Sonuncusunun adı Vilyamdır. Yazıq Şekspir.
Qınına çəkilmiş çanaqlılar
Koronavirusun hamını demək olar ki, qınına çəkilməyə məcbur etdiyi bu bayram günlərində sizə daha bir essemi oxuyuram ki, həm eyniniz açılsın, həm də düşünək… Hər birimiz sonuncuyuq, çünki hər birimizin sonu var, elə koronavirusun da… Bayramınız mübarək!
Kondor
Toplantı iştirakçıları tolerantlıq, insanpərvərlik, beynəlxalq hüquq, münaqışələr və daha nə bilim nələr barədə qızğın müzakirələr aparırdılar. Mənim fikrimsə iri pəncərələrdən açılan mənzərədə – yamacboyu bitən çılpaq ağacların arasından ağaran qarda və ta Xəzərə kimi göz işlədikcə uzanan mavi ənginlikdə idi, çünki Bakıda nə qar vardı, nə də gözə dinclik verən bu genişlik. Nəzərlərimi pəncərədən çəkib içəri baxdığımda müzakirənin bir qədər də qızışdığını gördüm və darıxdım. Yerimdən qalxıb zaldan çıxdım. Ürəyim yaman döyünürdü.