Tromb
Bazar ertəsi yağan şiddətli yağış məmləkətin ənlik-kirşanını da yuyub apardı. Dərs ili başlanandan və camaatın əl-ayağı şəhərə yığışandan sonra onsuz da, maşın əlindən tərpənmək olmurdu. Leysan da bir tərəfdən üstünü düzəltdi. İllərlə «Müvəqqəti narahatlığa görə üzr istəyirik» tablolarının müvəqqətiliyinə inanıb hər halda nə vaxtsa yolötürücüləri və tunellərin tikilib-qurtaracağından…