Elçin Şıxlı

Bakıda anadan olub. Xarici Dillər İnstitutunda ingilis və alman dilləri üzrə təhsil alıb. İlk rəsmi iş yeri olan Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində informasiya-reklam şöbəsinin müfəttişi işləyib. Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olduğu zaman sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik edib, tərxis olunduqdan sonra isə «İnturist» ÜSC Bakı şöbəsində tərcüməçi işləyib. Daha sonra isə Azərbaycan Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub. Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının katibi, V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent, «Azəpbaycan Kommunisti» - «Kommunist Azerbaydjana» jurnalında ədəbi işçi kimi çalışıb. 1990-cı ilin iyulundan Azərbaycanda nəşrə başlamış ilk rusdilli müstəqil və ilk müstəqil qəzetlərin beşliyində olan «Ayna»-«Zerkalo» qəzetlərinin qurucularından biri və həmtəsisçisi olaraq baş redaktor müavini, sonradan yaradılmış və tərkibində “Ayna”, “Zerkalo”, “Birja”, “Al-ver”, “Həftə sonu+” qəzetləri, “Çapar” qəzet yayımı firmasının olduğu “Ayna Mətbu Evi” şirkətinin həmtəsisçisi və prezidenti olub. 90-cı illərdə “Trend” və “Monitor” jurnallarının yaranması və işıq üzü görməsi üçün çalışıb. 2001-ci ildən«Ayna»-«Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktorudur. İngilis dilindən etdiyi ilk tərcüməsi 1976-cı ildə işiq üzü görüb. İngilis, rus və türk dillərindən tərcümələr edir. Oskar Uayldın “Sehrli nağıllar” və Əziz Nesinin “Futbol kralı” əsərləri onun tərcüməsində kitab kimi işıq üzü görüb. 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. “Zərdabi” və “Ali Media Mükafatı” laureatı, Azərbaycanın «Əməkdar jurnalisti»dir. 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

Parisdə jurnalistlərə atəş açan bir psix peyda olub

Noyabrın 18-də yerli vaxtla saat 10:12-də Liberation qəzetinin redaksiyasına gələn bir kişi əlindəki tüfəngdən 23 yaşlı fotoqraf köməkçisinə atəş açıb, sonra da dinməz-söyləməz çıxıb gedib. Xoşbəxtlikdən redaksiyanın işçisi ağır yaralansa da, salamat qalıb. Paris polisinin prefekti dərhal bütün media-şirkətlərin binalarına polis qüvvələri göndərib. Hadisə yerinə gələn Fransa daxili işlər…

Tam mətn

Neçə gündür…

Neçə gündür əlimə qələm alıb bir sətir belə yaza bilmirəm… Neçə gündür illərdən bəri abunəçisi olduğum və hər səhər iş masamın üstündə görməyə alışdığım «Azadlıq» qəzetini almıram… Neçə gündür «Yeni Müsavat» qəzeti abunə kampaniyası keçirir ki, satışına vurulan zərəri heç olmasa bir qədər yüngülləşdirsin… Neçə gündür ki, bu…

Tam mətn

Lampeduza adası

Son günlərin diqqət mərkəzində olan hadisələrindən biri də Orxan Zeynalov və Rusiyaya iş dalınca getmiş soydaşlarımızın illeqal miqrant deyə Kremlin başbilənləri, bəlkə də heç nədən başaçmayanlarının fitvası ilə başlarına açılan oyunlardır. Bu hadisələri müxtəlif adamlar, o cümlədən mən də, müxtəlif baxışlardan qiymətləndirib və yəqin ki, hələ də qiymətləndirəcəklər. Bizə…

Tam mətn

Kirovun heykəli

Ötən əsrin 80-ci illərində Bakıdakı təzə bəylə gəlinlər Moskvadakı evlənənlərə baxıb toyqabağı şəhərdəki abidələrin qarşısına gedib ora gül qoyar, şəkil çəkdirərdilər — bir növ ənənələri qoruyacaqlarına və bir-birlərini ülvi məhəbbətlə sevəcəklərinə and içərdilər. Moskvadakılar adətən «Naməlum əsgər» abidəsinin önünə gedər, həmişəyanar məşəlin qarşısına gül çələngi qoyardılar. Bizimkilər də geri…

Tam mətn

Ruhani ağa-bəy havasıdır

«Bu uruslar əl-ayağa yaman dolaşırlar. Qorxuram axırda kişiliyimizi də əlimizdən alalar» Bu gün mənimçün çox əlamətdar bir gündür. İnanıram ki, bir çoxları üçün də belədir, amma bu günün mən və ailəmiz üçün xüsusi özəllikləri var. 1991-ci ilin 18 oktyabrında Parlamentimiz Azərbaycanın müstəqilliyinin bərpasına səs vermişdi. Uzaq…

Tam mətn

Stalinin «pravda»sı

Bu gün hamı elə hey seçkilərdən danışır. Kimi razıdır, kimi narazı, amma məyusluğa qapılanların sayı, deyəsən, daha çoxdur. Nə isə, köhnə hamam, köhnə tas… Seçki axşamı evə qayıdanda yoldaşım zəng vurub dedi ki, işıqları kəsiblər, gör bir nə edə bilərsən. Mən də zarafatla dedim ki, yəqin, seçkiqabağı təxribatdır,…

Tam mətn

Ağaclar ayaqüstə ölür

Bakıya sabah ertə dönmüşəm. Moldovada idim. Həmin ölkədə, bu gün 56 yaşımın tamam olmasına baxmayaraq, indiyədək olmamışdım. Təbii ki, həmin ölkə barədə oxumuş, eşitmişdim, tanıdığım moldovanlar da vardı. Hətta redaksiyamızda uzun illər incə türk ləhcəsindən zövq aldığım bir qaqauz xanım da çalışmışdı. Nə isə, «min eşitməkdənsə, bir görmək…

Tam mətn