Bahəddin Həzi

“Vəhşi dəniz”in sahillərində

Çexov, mən və İbrahim Nəbioğlunun gilyakiləri: Saxalin adasından gecikmiş xatirə-reportaj 1984-cü ilin iyun ayında Moskvadan 8 saatlıq uçuşla gəlib Xabarovsk şəhərinə çatdıq. Uçağımız endi. Biz hava limanının qarşısındakı çəmənlikdə toplaşdıq. Kəndçimiz Dadaş kişinin oğlu Əmrahı da orda gördüm. Mən əsgər gedirdim, o, qayıdırdı. Blaqoveşenskdən gəlmişdi. Burdan – Xabarovskdan Moskvaya, ordan da Bakıya uçacaqdı. 8 saat fasiləsiz uçuşdan sonra elə hala düşmüşdüm ki, Əmrahı birdən-birə tanıya bilmədim. Özümü də tanıya bilmirdim. Mən hardan hara gəlmişəm.

Tam mətn

Assasinlərdən üzübəri

Çağdaş zamanın Ələmutu: bizimlə kimlər və necə savaşır? İlk terror təşkilatının yaradıcısı, Haşhaşilər (ərəbcə, assasinlər) hərəkatının rəhbəri haqqında bir yazı oxudum. (http://moderator.az/news/182121.html). Livan əsilli fransız yazıçısı Amin Maaloufun »Səmərqənd» romanında Həsən Səbbahın tarixi-bədii obrazı ustalıqla yaradılıb. Bu arada qalanın adı Ələmuq deyil, Ələmut qalasıdır. İlk və ən dəhşətli terror təşkilatını yaradana qədər Həsən Səbbahın Səlcuq hökmdarı Məlik şahın sahibi-xəbəri, indiki dildə desək, kəşfiyyatın rəhbəri olması da çox düşündürür.

Tam mətn

Qoqol, biz və filofobiya

     “Hər səhər yuxudan oyanmaq həyatı yenidən başlamaq üçün bir   fürsətdir” Paulo Koelho                                                                                                                                      Hardasa oxumuşdum ki, rus nəsrinin atası sayılan Qoqol… öz anasından qorxub. Ukrayna əsilli ədibin yaşamını da, yaradıcılığını da, xəstəliyini də, ölümünü də çoxları araşdırıb. Berşteyn, Karlinski, Kon, Kleyn, Zolotusski, Anri Truayya, Voropayev… yazıçının həyatını və qələmindən çıxanları “didik-didik” ediblər.

Tam mətn