Aynurə Əhmədova

Azerspace-1: biz 250 milyon xərçləyib, 650 milyon qazana biləcəyikmi?

Azerspace-1-in bütün sınaq prosesləri başa çatdıqdan sonra peykin idarəetməsi peykin istehsalçısı olan ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən tamamilə Azərkosmos ASC-yə təhvil verilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bildirir ki, Azərbaycan mütəxəssislərinə təhvilvermə əməliyyatı martın 15-dən başlayıb və aprelin 2-də bitib. Peyk kommersiya fəaliyyətinə başlamaq üçün artıq tam hazır vəziyyətdədir….

Tam mətn

“Lancet”in hesabatı:100 manat səhiyyə xərcinin 70 manatını cibimizdən ödəyirik

Qərbi avropalının səhiyyəyə 100 avro xərci çıxanda bunun orta hesabla 16 avrosunu öz cibindən verir. Azərbaycan vətəndaşı isə 100 manat səhiyyə xərcinin 70 manatını cibindən ödəməli olur. Bu, MDB məkanında rekorddur. “Azadlıq radiosu” xəbər verir ki, bu rəqəmlər “Lancet” jurnalının növbəti hesabatındandır. Dünyanın aparıcı tibb jurnallarından olan “Lancet” Avropada…

Tam mətn

İpoteka kreditinin şərtləri bəs niyə yüngülləşmədi?

Son bir ayda ipoteka krediti almaq üçün müraciət edənlərin sayında artım müşahidə olunur. Əksəriyyəti isə gənc ailələrdir. Ancaq ipoteka kreditlərini verilməsində hələ də bir sıra problemlər qalmaqdadır. Həm vətəndaş, həm də mütəxəssislər şərtləri yüngülləşdirməyi vacib sayırlar. Bu il sosial ipoteka kreditləşməsi üçün nəzərdə tutulan vəsait yaxın günlərdə İpoteka Fonduna…

Tam mətn

Pensiya yaşını artırmağa ehtiyac yoxdur

Pensiya yaşını artırmaq yenidən gündəmə atılsa da, buna ehtiyac görülmür. Hazırda pensiya yaşı 63-dür. Azərbaycanda orta ömür isə 70-72 ildir. İqtisadçı ekspert Oqtay Haqverdiyev hesab edir ki, bu səbəbdən, hazırda ölkədə əsas məqsəd orta ömür müddətini uzatmaqdır. Bir çox ölkələrdə təqaüd yaşının artırılması millətin yaşlanması ilə əlaqədardır. Azərbaycanda demoqrafik…

Tam mətn

Hökumət qazı əhaliyə kommersiya qiyməti ilə satır…

Elektrik enerjisi və mavi qazın əhaliyə satış qiyməti maya dəyərlərindən xeyli yüksəkdir. Müstəqil qurumların hesablamalarına görə, 1000 kubmetr təbii qazın orta maya dəyəri təqribən 68 manatdır. Əhaliyə isə hər kubmetri 100 manata satılır. Azərbaycan əhaliyə satılan mavi qazın qiymətinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Bizdə təbii…

Tam mətn

Tibbi sığorta islahatı: SN və NK arasında ixtilaf

Tibbi sığorta islahatlarına ayrılan milyonlar hər ilin sonunda yenidən büdcəyə qaytarılır. İki dövlət qurumu arasında maraqlar konflikti tibbi sığortanın Azərbaycanda da gerçəkləşməsinə imkan vermir. Tibbi sığortanın tətbiqini sürətləndirmək üçün prezident İlham Əliyev Nazirlər Kabineti yanında Tibbi Sığorta Agentliyi yaradılması haqda sərəncam imzalayıb. Kimlərin hansı şərtlərlə sığortalanmasını, eləcə də sığortanın…

Tam mətn

İctimai yerlərdə pulsuz internetə qoşulmaq imkanı: bizdə bu varmı?

İnkişaf etmiş ölkələrdə bu adi haldır — ictimai yerlərdə rahatlıqla telefonları, noutbukları vasitəsilə pulsuz simsiz internet şəbəkəsi — WI-FI vasitəsilə internetə qoşula bilirlər. Bizdə isə ictimai WI-FI şəbəkəsi yaxşı inkişaf etməyib. Bəzi müəssisələrdə, restoranlarda, kafelərdə, hotellərdə bu sistem bir az inkişaf edib, yəni pulsuz WI-FI var. Amma insanların çox…

Tam mətn