Muəllif:

Tibbi sığorta islahatı: SN və NK arasında ixtilaf

Tibbi sığorta islahatlarına ayrılan milyonlar hər ilin sonunda yenidən büdcəyə qaytarılır. İki dövlət qurumu arasında maraqlar konflikti tibbi sığortanın Azərbaycanda da gerçəkləşməsinə imkan vermir.

Tibbi sığortanın tətbiqini sürətləndirmək üçün prezident İlham Əliyev Nazirlər Kabineti yanında Tibbi Sığorta Agentliyi yaradılması haqda sərəncam imzalayıb. Kimlərin hansı şərtlərlə sığortalanmasını, eləcə də sığortanın tətbiq və tənzimini bu agentlik həyata keçirməli idi. İlkin mərhələdə tibbi sığorta üzrə ixtisaslı mütəxəssislər hazırlamaq nəzərdə tutulurdu. 2009-cu ildən bəri hər il dövlət büdcəsindən tibbi sığorta islahatlarına milyonlarca manat vəsait ayrılır və istifadə olunmadığından ilin sonunda yenidən büdcəyə qaytarılır. Tibbi sığorta islahatlarının həyata keçirilməsi üçün dövlət büdcəsindən 2009-cu ildə 50 milyon manat, 2010-2011-ci illərdə 30 milyon manat ayrılsa da, islahatlar yaxına buraxılmayıb…

Bəs,Prezidentin sərəncamı niyə bndiyədək icra olunmayıb?
SN mətbuat xidmətinin rəhbəri Anar Qədirli “Azadlıq radiosu”na deyib ki, bu agentliyin onlara aidiyyəti yoxdur. Anar Qədirli sualları Nazirlər Kabinetinə ünvanlamağı tövsiyə edib. NK mətbuat xidmətinin rəhbəri Akif Əli isə bildirir ki, bu agentliyin niyə hələ yaradılmaması, tibbi sığortanın tətbiqi ilə bağlı məlumatı yoxdur.

MM Sosial siyasət komitəsi sədrinin müavini Musa Quliyev mediaya açıqlamasında bildirib ki, problem «Tibbi sığorta haqqında» qanunda deyil, görünür, Nazirlər Kabineti bu qanunu həyata keçirməyə hələ tələsmir.
Musa Quliyevə görə, bu qanunun icrası səhiyyə xidmətinin keyfiyyətini yüksəldəcək, əlavə dərman xərclərinə ehtiyac qalmayacaq, eləcə də bu sahəyə ictimai nəzarət güclənəcək və tibb işçilərinin əməkhaqqı artacaq.

Tibbi sığorta haqda qanunun icrasının ən müsbət nəticəsi dövlət və özəl klinikalar arasında rəqabətin genişlənməsidir. Musa Quliyevin fikrincə, qanunun icrası zamanı hər bir tibb müəssisəsi çalışacaq ki, tibbi sığorta şirkətləri onlarla müqavilə bağlasın.

Bu deyilənlərin nə vaxt reallaşacağı isə hələ sual altındadır.
Azərbaycanda tibbi sığortanın tətbiqi ilə bağlı araşdırma aparan iqtisadçı-ekspert Azər Mehdiyev qanunun icra olunmamasının, eləcə də Dövlət Tibbi Sığorta Agentliyinin yaradılmamasının səbəbini şərh edir:

«İlk səbəb hökumətin təşkilatlararası maraqlar konflikti ilə bağlıdır. SN bu
sığorta agentliyinin onun nəzdində yaradılmasını istəyir. NK müstəqil agentliyin tərəfdarıdır. Nəticədə bu konflikt illərdir agentliyin yaradılmasını yubadır. Üstəlik, prezident tibbi sığorta konsepsiyasını təsdiqləsə də, hökumət tibbi sığorta modelinə keçidin bir sıra məsələlərini həll edə bilməyib. Tibbi sığortaya keçiddən sonra əhalinin hansı təbəqəsinin dövlət hesabına sığortalanması, işçilərlə işəgötürənlər arasındakı münasibətlər və s. bənzər məsələlər hələ çözülməyib».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 199