Aynurə Əhmədova

Azərbaycan aclığın coğrafi sərhədlərinə yaxındır: Ərzaq idxalından asılılıq real təhlükə yaradır

Dünyada, xüsusən də inkişaf etmiş ölkələrdə ərzaq istehsalı sürətlə artır. Onların qiyməti də paralel olaraq bahalaşır. Kənd təsərrüfatına yararlı torpaq sahəsinin azalması, enerji daşıyıcılarının qiymətinin qalxması, dünya əhalisinin artımı (hər il 90 milyon), qlobal istiləşmə (hər 10 ildə temperatur 0.2-0.3 dərəcə artır) dünyada ərzaq çatışmazlığını şərtləndirir.  Zəif iqtisadiyyat, təbii…

Tam mətn

Meşə Məcəlləsini kim yenidən yazacaq?

Meşələrə Yer üzünün ağ ciyərləridir deyirik. Amma nə edəsən ki, bizim vətəndaş meşələrin həyatımızda oynadığı rolun mühümlüyünü tam dərk etmir. Bundan da vacib problemlərimiz var deyərək «meşələr qırılır», «qiymətli ağac növləri kəsilir», «meşələrdə istirahət mərkəzləri tikilir» kimi xəbərlərə əhəmiyyət verilmir. Əslində isə meşə insanın havası, suyu, qidası və ən əsası…

Tam mətn

İqtisadi şaxələnmə üçün 15-20 il gərəkdir: bu siyasətin hədəflənmiş çərçivələri isə yoxdur

İqtisadi Təşəbbüslərə Yardım İB  “Postneft dövrünə hazırlıq və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi problemləri” məsələlərini araşdırıb. Birlik son 2-3 ildə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi məsələlərini araşdırmaqla,  bu sahədə təşviqat və vəkillik işləri ilə də məşğul olur.< > Birliyin İH sədri Azər Mehtiyevin sözlərinə görə, 2013-cü ilin sonunadək Dövlət Neft Fonduna 81…

Tam mətn

Niyə bankomatlarda növbələr yaranır, bilirsinizmi?

Bankomatlarda növbələrin yaranmamasını təmin etmək olar! Bunun üçün p ensiya, maaşların və sosial ödənişlərin verilməsinin 2 bankın inhisarından çıxmalıdır.<> Ayın bəlli bir günlərində maaş və pensiya almağa qaçan vətəndaş növbələrdə xeyli vaxt itirməli olur. Bu azmış kimi uzunmüddətli bayram günlərində insanlar pul qıtlığı problemi ilə üzləşir. Çünki qeyri-iş…

Tam mətn

Elektronlaşa bilməyən vətəndaşdır, yoxsa hökumət strukturları?

Hökumət elektronlaşmaq istəyir. Elektron hökumət portalı yaradılıb. Elektron hökumət barədə rəsmi məlumata qısa bir nəzər salaq. «Elektron hökumət» — dövlət qurumları tərəfindən əhaliyə xidmət göstərilməsinin yeni üsuludur. Burada dövlət xidmətləri vətəndaşa ən asan, ən qısa zaman ərzində çatdırılır. «E-hökumət» — müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən ölkə ərazisində…

Tam mətn

Mütəmadi cərimələr kiçik çörəkxanaları acınacaqlı günə qoyub

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu“ Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində araşdırmalar aparıb. Bu barədə məlumat verən fondun rəhbəri Sabit Bağırov deyir ki, araşdırma nəticəsində məlum olub ki, bu sahə üzrə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi prosesində sahibkarların işini çətinləşdirən xeyli problemlər var. Məsələn, nəzarət-kassa aparatlarının tətbiq olunmadığı…

Tam mətn

“Sovetsk”dəki evlərin 15 faizi girovdadır

“Sovetsk” adlandırılan ərazidə sökülən evlər ilə bağlı əsas müzakirə olunan məsələ kompensasiyaların məbləği olsa da, ödənişlərin verilməsində sözügedən problem heç də yeganə maneə deyil. Məsələ ondadır ki, “Sovetsk”də yerləşən evlərin bir qismi banklarda kredit girovundadır. Yəni, həmin ev sahibləri və ya qohumlar kredit götürən zaman o ərazidə yerləşən…

Tam mətn