Türkiyənin ilk qadın vəkili – Şuşalı qız
Türkiyənin öncül və başarılı qadınlarından danışılanda ilk adı çəkilən, fəxrlə anılan qadınlardan biri də Sürəyya Ağaoğludur. Sürəyya Ağaoğlunun adı Türkiyədə ilk qadın vəkil, qadın və uşaq hüquq müdafiəçisi kimi tarixə düşüb. O, İstanbul Universitetinin Hüquq fakultəsinə daxil olan ilk qız, Türkiyə tarixində ilk qadın vəkildir. Sürəyya Ağaoğlu 1903-cü ildə hal-hazırda Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Azərbaycanın Şuşa şəhərində, Qarabağda anadan olub. Atası böyük fikir adamı, mütəfəkkir, yazıçı və siyasətçi Azərbaycan Demokratik Cümhuriyyətin önəmli isimlərindən Əhməd Ağaoğludur.
GƏLİN İCTİMAİYYƏTİ, DÖVLƏTİ BU QƏDƏR ALDATMAYAQ
VƏ AZƏRBAYCAN ELMİNİ DÜNYAYA BELƏ GÜLÜNC ETMƏYƏK Nuridə Atəşi Bu yaxınlarda Heydər Əliyev Mərkəzinin rəsmi bir məlumatı bütün ölkə mətbuatına və sosial şəbəkələrə yayıldı.“Heydər Əliyev Mərkəzində Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti incisinin təqdimatı olub“. Bəzi şəxslər bu dəfə yenə mətbuatı, elmi ictimaiyyəti,Heydər Əliyev mərkəzini aldadaraq köhnə materialları, həm də Xocalı-Gədəbəy mədəniyyətinə heç bir dəxli olmayan qızıl əşyaları „Xocalı-Gədəbəy mədəniyyəti“ adı ilə ictimaiyyətə, dövlətə və Heydər Əliyev mərkəzinə sırıdılar.
Hüceyrə — insan.
Deyirlər bizim kainata oxşar milyardlarla kainatlar var. Və hər kainatda Yer kimi milyardlarla ulduz fırlanır. Və bizim Yerdə milyardlarla insan yaşayır. Və deyirlər ki, insan milyardlarla hüceyrədən ibarətdir. Mən hesab edirəm ki, insandakı hüceyrələrin sayı Yerdə yaşayan insanların sayı qədərdir. Və ya kainatdakı “Yer “lərin sayı, kainatların sayı qədərdir… Uzun sözün qısası- hər şey fraktallardan ibarətdir. Fraktallar — özündən dəfələrlə kiçik özünəbənzərlər deməkdir.
Türkiyədə seçki bitdi
Seçki öncəsi ab-hava necəydisə, indi də eynidi, dəyişməyib. Bir sözlə, proses davam edir. Kılıçdaroğlunu sevməyənlərin sayı artır Ankarada kafe-restoranlarda, küçələrdə seçki barədə söz-söhbətlər səngimir. Təbii ki, əsas konu Muharrem İnce adı ətrafındadı. İnce niyə uduzdu? Seçki günü nədən media önünə çıxmadı? Nə üçün etiraz etmədi? Susqunluğu nədən idi? Bu suallar Ankara sokaklarında dolaşır. Seçki gününün axşamı CHP-də vəziyyət ürəkaçan deyildi. Səsvermə bitən kimi, səslər hesablayan andan adamlar qərargaha axışmaya başladı. Öncə hər şey çox sakit gedirdi.
Türkiyədə seçkidir
https://www.youtube.com/watch?time_continue=4&v=U9AVScRi2k424 iyun Türkiyədə prezident və parlament seçkiləridi. Paytaxt Ankarada ab-hava yüksəkdi. Yol boyu seçkilərə qatılan partiyalar kirayələdiyi mikroavtobuslarda səsgücləndiriciylə mitinqə çağırışlar edirlər. Namizədlərin plakatları, seçki musiqiləri küçə-küçə, məhəllə-məhəllə hər yeri bəzəyib. AKP-nin plakatları, təbliğatı daha güclüdür. İqtidarda olan AK partiyanın plakatları Ankarada daha çox gözə dəyir. Ən gözəgəlimli yerlərdə, binaların künclərində böyük ölçülərdə Rəcəb Tayyib Ərdoğanın şəkilləri vurulub. Bir neçə yüz metrdən bir avtobuslarda, avtomobillərdə AK partinin şüarları, bayraqları və namizədlərin fotoları vurulub.