Sarsaq çox zaman ağıllıdır
Axmağın biri bank soymaq istəyir. Tanınmamaq üçün üzünə limon suyu sürtür. Bu şəkildə üzünün görünməyəcəyinə inanır. Soyğun uğursuzluqla nəticələnir, adam yaxalanır. ABŞ-ın nüfuzlu Kornel universitetindən psixoloqlar professor Danninq və onun aspirantı Kryuger bu hadisədən ilham alaraq psixologiyaya yeni bir anlayış gətirirlər. Danninq-Kryuger (Dunning-Kruger) effekti koqnitiv təhrif sayılır. Səriştəsiz insanlar hər zaman səhv nəticələrə gələrək yanlış qərarlar verir, bilik və bacarıqları aşağı səviyyədə olduğu üçün də səhvlərini görmürlər. Bu da onlarda özləri haqda yüksək fikir formalaşdırır.