DURBİNLƏ MƏLƏKLƏRİ SEYR ETMƏK
Lukretius (Titus Lucretius Carus, m. ö. 99-55) görkəmli Roma filosofu və şairidir. Epikurun və onun əfsanəvi məktəbinin ən böyük davamçısıdır. O, “Hər şeyin təbiəti haqqında” (lat., De reum natura) adlı nəhəng əsərində insanları mövhumata, qaragüruha və cəhalətə qarşı mübarizəyə səsləmiş, bu mübarizənin də yalnız elm və təbiəti öyrənməklə mümkün olacağını demişdir. Mövhumatın yeganə dayaq nöqtəsinin qorxu olduğunu söyləyən Lukretius, xalqı azad olmaq, hür yaşamaq üçün qorxudan qurtulmağa çağırmışdır. “Hər şeyin təbiəti haqqında” bəşəriyyətin inkişafında müstəsna rol oynamışdır.