Arif Əliyev

Qazaxda doğulub, amma Bakıda böyüyüb. Lomonosov adına Moskva Dövlət Unuversiteti jurnalistika fakültəsinin məzunudur. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olmuşdur. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Zərdabi mükafatı laureatıdır. Özü haqqında belə yazır: “1960-cı ildə doğulmuşam, amma bioqrafiyamı 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Bu arada isə universitet bitirmişəm, ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, - informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az radioda da işləmişəm. Televiziyadan başqa. Baxmayaraq ki, həmişə bir film çəkmək istəmişəm. O istək indi də qalır, mövzum, prinsiplərim kimi, dəyişməyib”.

«Qalatasaray», «Beşiktaş» və «Fənərbaxça» birləşdi!

«Türkü sevməyənlərin təxribat və təhriklərinə uymamaq lazım!» — bunu dəfələrlə türk həmkarlarımın və siyasətçilərinin yazılarında oxudum. Azərbaycanda da bir çox jurnalist və politoloqlar Türkiyədə yaşanan daxili böhranda xarici qüvvələrin maraqlarını önə çəkirlər. Sayıqlıq yaxşı şeydir. Öz kiçik təcrübəmizdən də görürük ki, bu gün beynəlxalq münasibətlər qeyri-sağlam rəqabət prinsipləri üzərində…

Tam mətn

Tava çalan xalq orkestri

İstanbul axşam saat 9 olduğunu indi tava, qazan səslərindən bilir. Taksim meydanından çəkilmiş etirazçılar həmrəylik nümayişinin başqa formasını seçiblər: hərə öz evinin pəncərəsinin önünə çıxıb eyni vaxtda tava-qazan dibi döyəcləyir. İlk vaxtlar etiraz həm məzmununa («Gezi parkından əlinizi çəkin!»), həm də yerinə görə (Taksim meydanı) lokal xarakter daşıyırdı. Onun…

Tam mətn

Jurnalistika qullarının intiqamı

Kütləvi aksiya keçirənin bir gözü polisin dəyənəyində olursa, o biri gözü ətrafda jurnalist axtarır. Çünki insanların heç də ən təhlükəsiz etiraz forması olmayan mitinqə, piketə çıxmasının başlıca səbəbi problemlərini ictimailəşdirmək, ictimai dəstək qazanmaqdır. Bu da ki, mediasız baş tutan sevda deyil. Türkiyə əyləmçilərinin də gözləri ilk günlər kütlədə jurnalist…

Tam mətn

İntihar

May ayının 27-də sayt və agentliklərin manşetində «Bakıda üç intihar» başlıqlı xəbər yerləşdirilmişdi. Eyni gündə paytaxtda 3 nəfər özünü asmışdı. Onlar müxtəlif nəsillərin nümayəndələri idilər. Qız lap gənciydi, həyatı təzə başa düşməyə başlayırdı, 23 yaşı vardı. Bağçanın həyətində intihar etmiş kişi ömür yolunu yarılamışdı, 40-ı haqlamışdı. Özünü yaşadığı evin…

Tam mətn

Çörək və…

Eurovision-a qoşulandan (2008) dördüncü dəfədir Azərbaycanın adı bu müsabiqə ilə bağlı siyasi qalmaqallarda çəkilir. İkisi Ermənistanla, üçüncüsü Eurovision-2012-yə hazırlıqla əlaqədar əvvəlki qalmaqalların üstündən nisbətən asan keçmək mümkün oldu. Bu dəfə məsələni Rusiya böyütdü, az qala diplomatik münaqişə həddinə çatdırdı: xarici işlər naziri Lavrov rus müğənnisinə səs vermədiyimizə görə bizimlə…

Tam mətn

May çələngi — 1

«Ayna» müəllif qəzetidir. Amma kim deyir ki, müəllif qəzetində interaktivliyə yer yoxdur. Kömək üçün oxuculara müraciət edirəm. O qədər orijinal bəyanatlar, dahiyanə çıxışlar olur ki, hamısını izləmək tək adamın işi deyil. Gözünüzə harda tanınmış adamların, xüsusilə siyasətçilərin belə «könül oxşayan» fikirləri dəysə, elektron ünvanıma göndərin. Mən…

Tam mətn

Popuqaylar yaxşı quşlardır,

Saytlar, agentliklər, qəzetlər bu həftə o qədər maraqlı, düşündürücü, gözlənilməz bəyanatlar yaydılar, xəbərlər gətirdilər ki, jurnalistlər və onların Azərbaycan cəmiyyətindəki rolu barədə ən tənqidi mövqedə dayananların da ürəyi yumşalmalı idi. Doğrudan da, keyfiyyətli jurnalistikada çox zaman heç şərhə ehtiyac qalmır. Hələ XI əsrdə Keykavus tövsiyyələr toplusu «Qabusnamə»də yazırdı:»Hər adam…

Tam mətn