Qulu Məhərrəmli

Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"idir. Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Təyinatla Azərbaycan televiziyasına göndərilib və “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, siyasi icmalçı, baş redaktor və departament direktoru vəzifələrində çalışıb. 1991-ci ildən müntəzəm efirə çıxıb, əsas informasiya proqramlarının aparıcısı olub. “7 gün” populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının (“Təfsilat”-1995) müəllifi və aparıcısı olub. 1995-ci ildə Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda hər gün efirə çıxan “Səhər” musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət bu qurumun baş redaktoru olub. 2007-ci ildə Müəllif proqramları və xüsusi layihələr departatamentinin direktoru təyin edilib. Həmin ilin oktyabrında AzTV-ni tərk edərək Xəzər TV-də fəaliyyətini davam etdirib. Orada “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb. Müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Jurnalistika üzrə ölkədə ilk elmlər doktoru, professordur. 30-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. “Qızıl qələm”, “H.B.Zərdabi”, “Media açarı” mükafatı laureatıdır.

Xaricdən təhlükə uydurmaları

Neçə il əvvəl paytaxt rayonlarının birində icra hakimiyyətində vəzifəli məmur dostum var idi, ev işlərinə baxırdı. İnsanlara həmişə kömək eləməyə çalışırdı. Kimsədən umacağı olmazdı, amma işi düzələn sevincək adamların göstərdiyi xırda-para «diqqət» və «hörmət»dən imtina da etməzdi. Bir gün yanına gedəndə bərk dilxor gördüm. Səbəbini soruşanda dərdli-dərdli: — Müəllim,…

Tam mətn

Dilimizə qayğı lafı

Hara çevirsən, yenə dilimizin indiki vəziyyəti ilə bağlı mövzudan yan keçmək olmur. Televiziya və radiolardakı dil biabırçılığı, çevrəmizdə dilə sayğısız münasibət daim adamın beynini məşğul edir. Niyə bu gündəyik, nədən bu yerə gəlib çıxdıq sualları adamın içini didir. Dünən (fevralın 21-i) Beynəlxalq Ana dili günündə bu mövzu mənim üçün…

Tam mətn

TV-lərin pərişan halı

Televiziyalardan müxtəlif səviyyələrdə şikayətlənənlər həmişə olub. Onların səsi bəzən eşidilib, bəzən də qulaqardına vurulub. Hərdən çarəsiz görünən TV-lərin problemləri isə tükənmir ki, tükənmir. Belə məlum olur ki, TV-lərdən ərz-hal Azərbaycan gündəminin ehtiyat mövzularındandır. Bəzən heç nədən, bəzən gündəmdə boşluq yarananda, bəzən də ciddi mövzulardan yayınmaq lazım gələndə bu mövzu…

Tam mətn

Cümhuriyyətin banisi

«Corc Vaşinqton amerikalılar üçün kimdirsə, Məhəmməd Əmin Rəsulzadə də azərbaycanlılar üçün həmin şəxsdir». Tadeuş Svyatoxovski Prezidentin sərəncamı ruh yüksəkliyi ilə qarşılandı, amma yubiley tədbirləri sönük keçdi. Deyəsən, yağan qarın da təsiri oldu, toplantı, görüş və çıxışlarda sevgi işarmadı, bir soyuqluq, candərdilik duyuldu. Sanki insanlar nəyi isə demək istəyir,…

Tam mətn

Qarabağ danışıqlarında «model» axtarışı

Qarabağ cəbhəsində avtomatlar şaqqıldasa da, sülh danışıqlarında diplomatlar mürgü vurmaqdadır. Sakitlikdir. Heç xarici işlər nazirlərinin Paris görüşü də sükutu poza bilmədi. Daha Qarabağ münaqişəsinin həllinə dair «yeni ideyalar»dan danışılmır. Münaqişənin çözümü dalana dirənib, irəliləyiş yoxdur. Danışıqlar prosesi iflasa uğramış kimi görünür. Ermənistan Rusiyanın ətəyindən yapışaraq başını girləyə-girləyə vaxt udur….

Tam mətn

Susdurulmuş televiziya

…Mövcud olduğu 64 il ərzində Azərbaycan radiosu ilk dəfə idi ki, efirə vaxtından yarım saat əvvəl, özü də çağırış musiqisi olmadan, himnsiz, diktorsuz çıxırdı. Əvvəlcə bir uğultu gəldi, efiri xışıltı bürüdü, vahiməli taqqıltıların içərisindən qırıq-qırıq səslər eşidildi. Sonra kimsə kal səslə məlumat oxumağa başladı. Efirə tamamilə yad bir səs…

Tam mətn

Korşalmış instinktlər

Latın Amerikasının bəzi ölkələrində axşam tutulan iri balıqları səhərədək diri saxlamaq üçün qəribə üsuldan istifadə edirlər: balığın qəlsəmələrinə ip keçirib müəyyən hündürlükdən asırlar. Həmin yerə pişik buraxırlar. Pişik səhərədək nə qədər yuxarı tullanırsa, ağzı balığa çatmır. Onun yuxarıya hər sıçrayışını hiss edən balıq, sanki təhlükədən yayınmaq üçün tərpənir. Hər…

Tam mətn