Qoqol, biz və filofobiya
“Hər səhər yuxudan oyanmaq həyatı yenidən başlamaq üçün bir fürsətdir” Paulo Koelho
Hardasa oxumuşdum ki, rus nəsrinin atası sayılan Qoqol… öz anasından qorxub. Ukrayna əsilli ədibin yaşamını da, yaradıcılığını da, xəstəliyini də, ölümünü də çoxları araşdırıb. Berşteyn, Karlinski, Kon, Kleyn, Zolotusski, Anri Truayya, Voropayev… yazıçının həyatını və qələmindən çıxanları “didik-didik” ediblər. Görəsən, Qoqolun anası Mariya İvanovnadan qorxduğunu bunlardan hansı aşkara çıxarıb? Xatırlamadım.
Atadan qorxmaq, oğuldan qorxmaq, qardaşdan qorxmaq… bunların hansısa psixoloji kodunu insanın arxa şüurunda tapmaq olar. Tarix hakimiyyət və sərvət üstündə öz atasını, oğlunu, qardaşını qətlə yetirənlərlə doludur. Osmanlı şahzadəsi Səlim atasını öldürüb taxta oturdu və… Sultan Səlim Yavuz oldu. Onun oğlu – Yüksəliş dövrünün