Xocalı soyqrımı Niderlandın Den Haaq şəhərində böyük insan izdihamı ilə anıldı
Xocalı soyqrımının 22 – ci ildönmümü Niderlandın Den Haaq şəhərində böyük insan izdihamı ilə anıldı. Tədbir Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin (ATKD) təşkilatçılığında, ATKD – nin səyi ilə ucaldılmış Xocalı soyqrımını anım abidəsinin önündə keçrildi. İlk olaraq şəhidlərin xatirəsi iki dəqiqəlik sükutla yad edildi və Qurani Kərimin oxunuşu ilə tədbir başlandı. Daha sonra təşkilatçılar tərəfindən ora toplaşan insanlara Xocalıda şəhid olunan uşaqların sayı qədər şar paylanıldı. Şarlara Xocalı faciəsi ilə bağlı ətraflı bilgi, yerli Niderland dilində, yazılı olaraq bağlanmışdı və bu şarlar havaya buraxıldı. Azərbaycanın və Türkiyənin Niderland Krallığındakı səfirliyinin nümayəndələrinin, “Xocalıya Ədalət” və ATKD təmsilçilərinin abidənin önunə əklil qoyduqdan sonra Azərbaycan Türk Kültür Dərnəyinin başqanı İlhan Aşkın açlış nitqi sötlədi. Daha sonra yazıçı Orhan Aras, Hollandiya Dinlər Arası Məsləhət Segbroek (Sexbruk) prezidenti Bart ten Bruk (Bart ten Broek), juranlist, yazıçı Cek Krus (Jack Kroes) çıxış edərək Xocalı faciəsinin dünyaya anlatılmasının, dünyanın bunu bir soyqrım kimi tanımasının vacibliyini qeyd etdilər. Tədbirdə həmçinin “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi adına Haaqa Azərbaycan məktəbinin şagirdləri Xocalı soyqrımına aid şerlər söylədilər.
Tədbiri digərlər illərdən fərqli edən cəhətlərdən biri də məhz bu ilki tədbirə istər Niderland əsilli, istərsə də Türk əsilli siyasət adamlarının qatılması oldu. Tədbirə həmçinin Hollandiya Türk Federasiyasının (HTF) başqanı Murat Gədik daxil olmaqla HTF – nin idarə heyətininin üzvləri, Hollandiya Krım Tatarları Dərnəyinin başqanı Mehmet Pekcan və dərnəyin idarə heyət üzvləri, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva və idarə heyətinin üzvləri, Niderlandda yeni fəaliyyətə başlamış “Hollandiyada Azərbaycan Evi” dərnəyinin sədri Elxan Mirhəşimli və dərnəyin idarə heyətinin üzvləri iştirak etdilər. Həmçinin Niderlandda fəaliyyət göstərən Türk mətbuatının nümayəndələri də tədbirə qatılanlar sırasında idilər.
Daha sonra ATKD – nin başqanl İlhan Aşqın və “Hollandiyada Azərbaycan Evi”nin sədri Elxan Mirhəşimlidən tədbirlə bağlı fikirlərini soruşdum və hər ikisi bu ilki tədbirin digər illərdən bir qədər fəqli formatda keçrildiyini qeyd etdilər. Hər iki təşkilat rəhbəri ədalətin gec-tez bərqərar olacağını, dünyanın Xocalı olaylarını soyqrım kimi tanıyacağına inamlarını bildirdilər.
Daha sonra ATDK – nın qəragahında şəhidlərin ruhuna ehsan verildi.