Türk milləti bir həqiqəti gözəl anlaıyır ki, Xocalıda baş verənlər…
Xocalı faciəsinin ildönümü yaxınlaşdıqca dünyanın müxtəlif ölkələrində bu faciəni anma tədbirləri keçrilməkdə davam edir. Sevindirici haldır ki, artıq Avropada fəaliyyət göstərən digər Türk təşkilatları da bir neçə ildir bu işdə aktivlik göstərirlər. Türk milləti bir həqiqəti gözəl anlaıyır ki, Xocalıda baş verənlər ermənilərin tək Azərbaycanda yaşayan insanlara deyil, bütün türklərə olan nifrətinin nəticəsi idi.
Bu il, 22 fevralda Hollandiya Türk Federasiyasında (HTF) birləşən 21 təşkilat öz qərəhgahlarında “Xoca” filmini nümayiş etdirəcək və bununla da Azərbaycanın yanında olduqlarını bir daha bizlərə çatdırmış olacaqlar. HTF başqanı Murad Gedik bu tədbirin keçrilməsinə olduqca maraqlı və hamımızın ürəyindən gələn bir açıqlama verdi: ”Qədərin çizmiş olduğu sərhədlər bizi ayırsa da, qardaşlığımız əbədidir. Bu cür çalışmalar bizim üçün bir vəzifədir.”