Muəllif:

Niderlandda Türklər sabah Novruz Bayramı seminarına toplaşır

Dünyanın fərqli ölkələrində fəaliyyət göstərən Türk kökənli insanların cəmləşdiyi təşkilatlar Türkün milli bayarmı olan Novruzu yüksək təmtəraqla qeyd etdilər. Niderlandda da Novruzla bağlı bir çox tədbirlər keçirildi. Əslində Novruzu dunyanın bir çox xalqları, bəzən də fərqli adlarla qeyd edirlər. Bura İranı, Əfqanstanı və s. aid etmək olar.  Ən qəribəsi budur ki, bunlar Novruzu xalqların ortaq bayramı deyil, cidd-cəhdlə məhz  Fars bayramı kimi tanıtmağa çalışırlar və bu yanaşma qonşu xalqlara hörmətsizlik kimi qavralmaya bilmir. Belə bir durumda öz bayramımıza sahib çıxmamız, bu şüuru özümüzə təlqin etməyimiz gərəkir və hətta deyərdim ki, olduqca vacibdir. Bu baxımdan Novruzla bağlı  elmi tədbirlər olduqca önəmlidir. Bu kimi tədbirlərdən birini də  Hollandiya Türk Federasiyası (HTF) təşkil edir. HTF  sabah Niderlandın Nəymixen (Nijmegen) şəhərində “Novruz Bayramı Seminarı” təşkil edir.  Seminara Türk xalqlarının Niderlandda fəaliyyət göstərən bir çox təşkilatları və ayrı-ayrı şəxslər dəvət olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 276