Niderlandda Türklər sabah Novruz Bayramı seminarına toplaşır
Dünyanın fərqli ölkələrində fəaliyyət göstərən Türk kökənli insanların cəmləşdiyi təşkilatlar Türkün milli bayarmı olan Novruzu yüksək təmtəraqla qeyd etdilər. Niderlandda da Novruzla bağlı bir çox tədbirlər keçirildi. Əslində Novruzu dunyanın bir çox xalqları, bəzən də fərqli adlarla qeyd edirlər. Bura İranı, Əfqanstanı və s. aid etmək olar. Ən qəribəsi budur ki, bunlar Novruzu xalqların ortaq bayramı deyil, cidd-cəhdlə məhz Fars bayramı kimi tanıtmağa çalışırlar və bu yanaşma qonşu xalqlara hörmətsizlik kimi qavralmaya bilmir. Belə bir durumda öz bayramımıza sahib çıxmamız, bu şüuru özümüzə təlqin etməyimiz gərəkir və hətta deyərdim ki, olduqca vacibdir. Bu baxımdan Novruzla bağlı elmi tədbirlər olduqca önəmlidir. Bu kimi tədbirlərdən birini də Hollandiya Türk Federasiyası (HTF) təşkil edir. HTF sabah Niderlandın Nəymixen (Nijmegen) şəhərində “Novruz Bayramı Seminarı” təşkil edir. Seminara Türk xalqlarının Niderlandda fəaliyyət göstərən bir çox təşkilatları və ayrı-ayrı şəxslər dəvət olunub.