Muəllif:

Məlum düşmənlərimizi gələcək nəsillərə tanıtmalıyıq ki…

XX əsrdə Azərbaycan xalqının başına gələn ən böyük faciələrdən biri şübhəsiz ki, Xocalı soyqırımıdır.  Bu faciənin   unudulmaması və  gələcək nəsillərə olduğu kimi çatdırılması lazımdır.  Bununla da  məlum düşmənlərimizi gələcək nəsillərə tanıtmalıyıq ki, xalqımız  irəlidəki illərdə bir də bu kimi faciələri yaşamasın. Kimsəyə sirr deyil ki, xalqımızın başına gələn bu kimi olaylar həm də  bizim unutqanlığımızın nəticəsidir. Odur ki, həm Azərbaycanda,  həm də dünyanın müxtəlif ölkələrində Xocalı soyqrımına həsr olunmuş tədbirləri qiymətləndirməyə dəyər. Niderlandda da bu  baxımdan bir çox tədbirlər keçrilib və keçrilməkdə davam edir. Bu günlərdə Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi böyüməkdə olan gənc nəslin Azərbaycan xalqına qarşı törədilmiş bu faciəni dərk etməsi, unutmaması məqsədilə yeni yaradılmış Nizami Gəncəvi adına “Haaqa Azərbaycan məktəbi”ndə şagirdlər üçün açıq dərs təşkil edib. Xocalı soyqırımına həsr olunmuş “Əsrin Faciəsi” adlı açıq dərsdə şagirdlərə 22 il əvvəl törədilmiş qanlı hadisə haqqında məlumat verilib, fotolar göstərilib, həmin gecə şəhid olanların, eləcə də bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, “şəhid” sözünün mənası balacalara sadə dillə anladılıb.

Fevral ayının 23 – də isə Niderlandın Den Haaq şəhərində Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önündə “Xocalı faciəsi – Unutmayın, unutdurmayın!” adlı tədbir keçirməyi düşünür. Tədbirə Niderlandda yaşayan həmyerlilərimizin, digər Türk təşkilatlarının qatılacağı gözlənilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 205