Muəllif:

Kərkükün bir məktəbində tarix dərsi — Xocalı…

Burada bəzi təşkilatlar bu faciəni nəinki  Niderlandda andılar, hətta  öz vətənlərində belə Xocalı soyqrımına həsr olunmuş tədbirlər keçirdilər. Bunlardan biri də Niderlandda fəaliyyət göstərən Türkməneli təşkilatıdır.   Təşkilatın sədri Abbas Kasap bizim Türkmən diyarında, Kərkükdə məktəblərin birində tədbir təşkil etdirib.  Türk Dünyası tarixi dərsinin mövzusu Xocalı soyqrımı olub. Dərsdə uşaqlara həm Azərbaycan, həm də Xocalı faciəsi barədə geniş bilgi verilib.  Sonda onu da qeyd etmək istıyirəm ki, Abbas Kasap  Niderlandda öz soyuna, kökünə bağlı bir insan, bir təşkilat sədri kimi yüksək nüfuza malikdir.

Niderlandda  yaşayan, fəaliyyət göstərən qandaşlarımız, Türk təşkilatları bu il Xocalı  faciəsinin 22-ci ildönümündə daha fəal idilər. Artıq bütün Türk dünyası anlmaq üzrədir ki,  Xocalı hadisələri  tək Azərbaycana deyil, bütün Türk dünyasına yönəlmiş bir cinayətdir. Bunu dünyaya sübut etməmiz üçün isə mütləq birlikdə hərəkət etməmiz gərəkdir.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 219