Muəllif:

Avropada Krım Tatarlarına mənəvi dəstək

Krımda, Ukraynada son baş verənlər   Rusiyanın işğalçılıq siyasətini bir daha açıqca sərgilədi. Vaxtı ilə  Azərbaycanın ərazisini,  Qarabağı işğal etməkdə ermənilərə yaxından kömək edəndə,  erməni quldurları ilə birlikdə Xocalıda insanları qıranda Avropa və eləcə də bütün dünya buna göz yumdu. Bu isə öz növbəsində Rusiyanı daha da həvəsləndirdi və müvafiq olaraq Gürcüstan, Moldaviya və Ukrayna hadisələri baş verdi.  Nəhayət Avropa ölkələrinin həqiqəti bilmələri lazımdır. Nəhayət dünya dövlətləri ədalətin yanında olmalıdırlar. Qədim Türk torpaqları olan Krımda hazırda yetərincə türklər, Krım tatarları yaşayır. Mart ayının 6 – da Niderlandda yaşayan tatarlar və bir çox  türklərin iştirakı, Hollandiya Krım Təşkilatı və Krım Tatar Milli Məclisinin təşkilatçılığı ilə Niderlanddakı Rusiya səfirliyinin önündə etiraz mitinqi keçriləcək. Mitinq barədə məlumat verməsini xahiş etdiyimiz  Hollandiya  Krım Dərnəyinin sədri Mehmet Pekcan, “Niderlandda fəaliyyət göstərən bir çox Türk təşkilatları  öz tərəfdarlarını mitinqdə iştirak etməyə və Krım tatarlarına dəstək verməyə səsləyiblər. Bu, bizdə inam yaradır ki, mitinq möhtəşəm keçriləcək” – deyə  bildirdi və mitinqin demokratik, Türkün adına yaraşan şəkildə keçriləcəyinə inamını ifadə etdi.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 236