Avropada Anadolunun ruhunu yaşatmaq… Bu məgər asandırmı?
Dünyanın bir çox ölkələrində, eləcədə Avropada çoxlu sayda Türk kökənli insan yaşayır. Fəqət yaşadığın yerdə öz mədəniiyyətini, tarixini və s. yaşatmaq heç də asan deyil. Hər adam bu işin məsuliyyətini öz üzərinə götürə, götürəcəyi halda isə bu məsuliyyəti dərk edə edə bilmir. Veyis Güngör bu şərəfli işi öz üzərinə götürmüş, bu işin öhdəsindən məsuliyyətlə gəlmiş və hələ də bu sahədə fəaliyyətini davam etdirən insanlardandır. Fəaliyyətə başladığından bu günə qədər ölkəsinin, Türkiyənin ədəbiyyatını, mədəniyyətni və s. Hollandiyada təbliğ edilməsində və eləcə də Türk mədəniyyətini, ədəbiyyatını və s. özündə əks etdirən yüzdən artıq kitabın ərsəyə gəlməsində müstəsna rolu olub Veyis bəyin. Növbəti belə kitab isə onun özünün, Avropa Türk Demokratlar Birliyi Hollandiya (ATDB) başqanı olmuş, hazırda Türk Evi Araşdırmalar Evi başqanı Veyis Güngörün fəaliyyətini özündə əkds etdirən “Avropada Anadolu” kitabıdır. Kitab üç hissədən, “Veys Güngör ilə çeyrək yüz ilə yolçuluk,” “Müxtəlif söyləşilər” və “Veyis Güngör ilə yaxın gələcək vizyonu” ibarətdir.
Bu günlərdə Niderllandın Amsterdam şəhərindəki Ramada Apollo Hoteldə kitabın birinci hissəsinin, “Veyis Güngör ilə çeyrək yüz ilə yolçuluk” kitabının təqdimatı keçrildi. Açlışdan sonra Dövlət əski başqanı prof. Dr. Mehmet Aydın və AKP xarici əlaqələr üzrə baqşqan yardımçısı, İstanbul millət vəkili Metin Külünkün təbrikləri və Veyis Güngör barədə düşüncələri qeydə alınmış video görüntülər konfrans iştirakçılarına nümayiş edildi. Proqramda TC-nin Rotterdam Baş Konsulu Toğan Oral, SOTA başqanı Mehmet Tütünçü, keçmiş millət vəkili Fadime Örgü, HTJB başqanı Mustafa Ayrançı və başqaları çıxış edərək Veyis bəylə bağlı düşüncələrini söyləyib, onunla birlikdə keçdikləri yola nəzər saldılar və növbəti kitabın işıq üzü görməsi münasibətilə onu təbrik etdilər. Bundan sonra söz Veyis Güngörə verildi. Veyis bəy konfrans iştirakçılarına onun sevincini bölüşdükləri üçün təşəkkür edərək ötən illərlə bağlı xatirələrindən danışdı. Daha sonra: “İnandığımız dəyərlər uğrunda dünən olduğu kimi sabah da çalışmaqda davam edəcəyik” – deyə Veyis bəy çıxışını yükunlaşdırdı. Daha sonra konfrans sual-cavabla davam edti, Veyis Güngör ona ünvanlanmış sualları cavablandırdı. Sonda Veyis Güngör kitabına ürək sözlərini yazaraq konfrans iştirakçılarına təqdim etdi.
Onu da qeyd edim ki, kitabda Veyis Güngörün Azərbaycanın böyük yazıcısı Anar, Azərbaycan Respublikasının millət vəkilləri Adil Əliyev və Qənirə Paşayeva və Azərbaycan Respublikasının Niderland Krallığında fövqaladə və səlahiyyətli səfiri Mirhəmzə Əfəndiyevlə görüşlərini də əks etdirən fotolar yer alıb.