Muəllif:

Atatürk çocuq bayramı burada bir ənənədir

  • 23 aprel (nisan) tarixi hər il Türkiyədə və Şimali Kiprdə  Milli suverenlik və çocuq bayramı günü kimi qeyd olunur. Türkiyənin hər bir tərəfində qələbəlik, bayram əhval-ruhiyyəsi yaşanır. Bu bayramın əsası  Türkiyə Cumhuriyyətinin qurucusu  Atatürk tərəfindən qoyulub. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş, Atatürk ideyalarına sadiq türklərin bir çoxu harda yaşamasından aslı olmayaraq bu bayramı qeyd etməyə, uşaqları sevindirməyə çalışır. Hollandiyada fəaliyyət göstərən Hollandiya Türk Federasiyası (HTF) da bu ənənədən geri qalmır. Türklü, Atatürk ideyaları hər zaman yüksək tutan HTF – yə bağlı olan Dordrext Ayasofya  Cami təşkilatı aprel ayının 19 – da Niderlandın Dodrext şəhərində “23 nisan Ulusal Egemenlik və Cocuk Bayramı” adlı tədbir keçirdəcək. Tədbirdə uşaqların dilindən mahnı və marşların oxunması, şerlər söylənilməsi və müxtəlif sürprizlər olacağı gözlənilir.
Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 243