Muəllif:

20 illik sevda – Azərbaycan

Azərbaycan Türk Kültür Dərnəyi 1994-cü ildən  fəaliyyət göstərir və bu yaxınlarda ötən illər ərzindəki görülmüş işləri özündə əks etdirən “20 illik sevda – Azərbaycan” adlı kitab işıq üzü görüb.  Kitabda mənim yuxarıda qeyd etdiklərimlə bərabər təşkilatın ötən illərdəki fəaliyyətinə nəzər salınıb.  Təşkilatın başqanı İlhan Aşkının dediyinə görə  bu günlərdə kitabın təqdim etmə mərasimi olacaq.

“Diaspor” anlayışı bizlər üçün yeni olsa da hazırda dünyanın müxtəlif ölkələrində çoxsaylı diaspor təşkilatlarımız fəaliyyət göstərir. Bunlardan biri də Niderlanddakı  Azərbaycan Türk Kültür dərnəyidir. Dərnək yarandığı gündən Azərbaycanın adını uca tutmağa çalışıb. Fəaliyyətdə olduğu  ilk illərdə, hələ Azərbaycanın çətin vaxtlarında təşkilat üzvləri əllərindən gəldiyi qədər Azərbaycana yardım etmişlər. İllərdən bəridir Azərbaycanın haqq səsinin Niderlandda eşidilməsi üçün bacardıqlarını edirlər. Təşkilat tərəfindən Niderlandın Den Haaq şəhərində Xocalı  soyqrımı abidəsinin ucaldılmasını qeyd etmək buna  sübut hesab oluna bilər. Milli adət-ənənələrimizin qorunması istiqamətində atılmış addımları da unutmaq olmaz. Belə ki, təşkilat hər il Niderlanda Novruz bayramımızın keçrilməsini  yüksək səviiyədə  təşkil edir ki, bu da öz növbəsində insanlarımızın bir araya gəlməsinə, yeni tanışlıqların yaranmasına da bir vasitə olur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 184