Muəllif:

Yeni Güney Azərbaycan Oyanış Təşkilatı açıqlama yaydı

Güney Azərbaycanda baş verən hər bir hadisə, dünyanın harasında yaşamasından aslı olmayaraq, soydaşlarımızın diqqət mərkəzində olur. İran rejiminin İran sərhədləri daxilində yaşayan türklərə etdikləri zülmlər təbii ki, həm də Avropadkı təşkilatlarımızı narahat edir. Belə təşkilatlardan biri də Azərbaycan-Belçika Dostluq Cəmiyyətidir. Təşkilatın sədri Ayhan Dəmirçi eyni zamanda Güneydə baş verənlərə heç vaxt biganə qalmır, istər öz təşkilatının, istərsə də digər əməkdaşlıq etdiyi təşkilatların Güney Azərbaycanla bağlı gördüyü işlərdən bizləri hər zaman xəbərdar edir. Bu günlərdə Ayhan bəydən daha bir açıqlama — mətbuat açıqlaması aldım. Açıqlamanı Türkiyə Güney Azərbaycan Dayanışma Qrupu adından Cemal Mehmethanoğlu imzalayıb. Mətbuata müraciətdə deyilir:
“Bildiyiniz kimi, İranda 35 milyondan çox Azərbaycan Türkü yaçayır. Türklər bütün insan haqlarından məhrum olunublar. Onların təşkilatlanma haqları belə yoxdur. Tamamən qanuni və demokratik bir hərəkat olan Yeni Güney Azərbaycan Oyanış Təşkilatı yönəticiləri Lətif Həsənli, Mahmut Fazli, Yürüyüş Mehralı, Behbud Quluzadə və Şehram Radmehr ötən müddətdə qeri qanuni təşkilat yaratmaq iddiası ilə həbs olunmuş və birlikdə 45 illik həbs cəzası alıblar. Milli aktivistlər istər özlərinə, istərsə də digər soydaşlarımıza qarşı olan bu kimi haqsızlıqlara etiraz olaraq artıq 15 gündür ki, aclıq aksiyası keçirdirlər.” Müraciətdə o da qeyd olunur ki, İranın yeni seçilmış prezidenti Ruhani seçkilər öncəsi “bütün siyasi dustaqlar azad olunacaqlar” deməsinə baxmayaraq, İran məhkəmələri tamamən bu sözlərin əksinə qərarlar verməkdədirlər. Müraciətin sonunda bir neçə tələblər irəli sürülüb:
İranda tamamən haqsız yerə həbs olunan və zindanlara atılan Güney Azərbaycanlı siyasi dustaqlar dərhal azad olunmalıdı!
İranda yaşayan 35 milyondan çox Azərbaycan Türkünə öz dilində təhsil haqqı verilməlidir!
Güney Azərbaycan türklərinin varlıqlarını sürdürmələri üçün onların hər cür milli-mədəni haqları verilməlidir. Bunlardan ən önəmlisi öz dilində təhsil və təşkilatlanma haqqıdır!
İranda yaşayan bütün insanlara, etnik qruplara, müxtəlif din və məzhəblərə tətbiq olunan basqılara son qoyulmalıdır!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 406