Muəllif:

Turk Dünyası: qarşıdakı 10 ilə baxış

Buna Dünya türklərinin İstanbul toplantısı da demək olardı. Aprelin 3-dən 5–dək İstanbulda TASAM–ın (Türk Asiya Strateji Araşdırmalar Mərkəzi) təşkilatçılığı ilə “Türk Diasporası və Türk Dünyası Vizyon 2023” mövzulu 2-ci Dünya Türk Forumuna dünyanın 60–dan çox ölkəsindən qeyri-hökumət və düşüncə quruluşları rəhbərləri, alimlər, Türkiyə və iştirakçı dövlətlərin parlament üzvləri, dövlət adamları, əlaqədar beynəlxalq təşkilatlar, müşahidəçi diplomatik missiya təmsilçiləri, əlaqədar mütəxəssislər və media mənsubları qatılmışdılar. Forumun ilk günündə bu adları gedənlərdən ibarət Akil Kişilər Kurulunun toplantısı keçrildi: Böyükelçi, Türk Konseyi Genel Sekreteri Halil Akıncı, İstanbul Universiteti Öyretim üyesi, Eski Dövlət Bakanı, Prof. Dr. Ahat Andican, Doğu Ağdəniz Universiteti Üyəsi, KKTC Eski Başbakanı Hakkı Atun, Avropalı Türk Demokratlar Birliyinin Başqanı, Dr. Veyis Güngör (Niderland), Almaniya Türk Toplumu Onursal Başqanı, Prof.Dr. Hakkı Keskin (Almaniya), Qırğız-Türk Manas Universiteti Öyrətim Üyəsi, Prof.Dr. Kadirali Konakobayev (Qırğızıstan), Hacettəpə Universiteti Öyrətim Üyəsi, Prof. Dr. Onur Bilge, Mərmərə Universiteti Öyrətim Üyəsi Pof.Dr. Emine Gürsoy Naskalı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Qazaxıstanın UNESCO daimi nümayəndəsi, yazıçı Olcas Süleymanov, Virginiya Universiteti Zehin və İnsan İlişkiləri Mərkəzi, Prof.Dr. Vamık Volkan (ABŞ), İstanbul Ticarət Universiteti Prof. Dr. Nadir Devlet.
Toplantıda ötən il Türkiyədə keçrilmiş 1–ci forumdan bu günə qədər olan müddətdə görülmüş işlər, gələcək planlar və s. başqa məsələlər əsas müzakirə mövzusu oldu. Aprelin 4-də, günün birinci yarısında, iştirakçıların qeydiyyatından sonra, forum öz işinə başladı. İlk olaraq TASAM başqanı Süleyman Şənsoy qonaqları salamladı və forumun rəsmən öz işinə başladığını bildirdi. Daha sonra 1-ci forumdan ötən müddətdə görülən işlərin hesabatı verildi. TASAM başqanının çıxışınından sonra Canseyit Tüymebayev (Qazaxstanın Ankara Səfiri), Prof. Dr. Düsen Kasseinov (TÜRKSOY Baş Katibi), Böyükelçi Halil Akınçı (Türk Konseyi Baş Katibi), Dr. Kadir Koçdəmir (2013 Türk Dünyası Kültür Başkəndi — Eskişəhər Valisi), Hasan Duruer (Edirnə valisi), Mahir Yağçılar (Kosova Respublikası Dövlət və Bələdiyyə İdarəetmə naziri), Bəkir Bozdağ (Baş Nazirin Yardımçısı) ardıcıllıqla çıxış etdilər. Bütün çıxışlarda dünyada yaşayan türklərin və Türk Diaspor təkilatlarının bir-birini daha yaxşı anlaması və bərabər çalışması üçün ortaq Türk dilinin vacibliyi önə çəkildi. Türk dövlətləri arasında istər iqtisadi, istərsə də mədəni əlaqələrin gücləndirilməsinin vacibliyi də müzakirə mövzularından oldu. Çıxışlar bitdikdən sonra Forum müxtılif mövzularla, ayrı-ayrı zallarda işini davam etdirdi. Mənim də müzakirəçi olduğum “Türk Diasporaları 2023 Vizyonu” mövzulu iclas da olduqca maraqlı keçdi. İclasda azərbaycan tərəfdən millət vəkili Qənirə Paşayeva çıxış edərək dəyərli təkliflər irəli sürdü ki, onlardan biri də Şuşanın növbəti illərin birində Türk Dünyası Mədəniyyət paytaxtı elan edilməsi oldu. Avropalı Türk Demokratlar Birliyinin (Niderland) başqanı Veyis Güngor Avropada Türk diasporunun bərabər çalışmalı olduğunu və bu işdə rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə gördüyü işlərdən danışdı.
Forum 3 gün davam etdi. Dünyanın müxtəlif ölkələrindən gələn Türk əsilli insanlar bir araya gəldi, problemlərindən danışıb, görməli olduğu işləri müzakirə etdilər. Əsas müzakirə mövzularından biri Türk Diasporunun 2023–cü illə bağlı planları, birgə çalışmaq planları idi.
Qeyd edim ki, Foruma Azərbaycan tərəfdən də təmsilçilər qatılmışdı. Onların arasında Diasporla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Haciyev, Millət vəkili, Dr. Qənirə Paşayeva, Milli QHT Forumundan Rauf Zeyni, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəetmə Akademiyasından Dr. Rəcəb Rəhimli, İstanbul Baş Konsulumuz Həsən Zeynalov, ATHƏM–dən İlqar İlkin Bayraməliyev və digər şəxslər də qatılmışdılar. Həmçinin Türkiyədə yaşayan həmyerlilərimiz Prof. Dr. Xanım Xəlilova və Dr. Toğrul İsmayılov da Türkiyədən bu forumda iştirak edirdilər.
Niderland Avropadan Foruma ən böyük heyətlə qatılmışdı. Heyətin tərkibinə Niderlandda fəaliyyət göstərən 11 təşkilat və bundan başqa jurnalistlər də daxil idi. Heyətin rəhbəri Avropalı Türk Demokratlar Birliyinin Başqanı, Dr. Veyis Güngör forumu belə dəyərləndirdi: «Biz foruma Niderlandda fəaliyyət göstərən Hollandiya Avrasiya Sivil Toplumu adına 11 təşkilat başqanı və jurnalistlərlə qatıldıq və biz Avropadan qatılan ən geniş heyət idik. TASAM tərəfindən təşkil olunmuş bu forumu öz məqsədinə çatmış hesab edirəm».

[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 309