Muəllif:

Güneyli-Quzeyli həmvətənlərimiz Ankarada bir araya gələcəklər

Martın 9–da Ankarada Güney və Quzey Azərbaycandan gələrək bu ölkədə məskunlaşan soydaşlarımızın bir qrupu 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş konfrans keçirəcəklər. Konfransda çıxış etmək üçün Dr. Arif Kəskin, Əfsanə Sevgin, Dr. Simin Səbri və Əfsanə Sulduzlu dəvət olunublar. Rəsmi hissədən sonra bədii hissə olacaq. Azərbaycan milli rəqsləri təqdim olunacaq, Xosro Əmiri və Ramin Marağalının ifasında mahnılar dinləyəcəklər.

Toplantıda Güney Azərbaycanda soydaşlarımızın ağır durumu ətrafında müzakirə açmaq, aparılan bu ağır mücadilədə onlara dəstək ifadə ediləcəkdir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 176