Muəllif:

Dünya Türk Forumu növbəti toplantıya hazırlaşır

Aprelin 3–dən 6–dək İstanbulda DTF–nin (Dünya Türk Forumu) növbəti toplantısı olacaq. Toplantıya dünyanın 60 ölkəsindən Türk kökənli insanların, diaspor təmsilçilərinin qatılması gözlənilir. DTF geçən il, İstanbulda TASAM (Türk Asya Stratejik Araşdırmalar Mərkəzi) tərəfindən formalaşdırılmışdır. DTF–də bütün Türk soylu xalqlar, Türkiyə, Orta Asiya, Qafqaz, Avropa, Çin və Rusiyada yaşayan Türk xalqları təmsil olunurlar. Bu təşkilatın məqsədi Türk birliyinə nail olmaq, ölkələr arasında mədəni, isqtisadi əlaqələri gücləndirməkdir. DTF–nin başlıca məqsədlərindən biri də dünyada yaşayan Türk diaspor təşkilatlarının bir arada fəaliyyət göstərməsinə nail olmaqdır.
DTF–nin otən ilki İstanbul toplantısında Türk dünyasının önəmi ismlərindən, 11 nəfərlik “Aqil Kişilər Kurulu” formalaşmışdı. Bu ilki toplantıda bu sayın dəyişəcəyi gözlənilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 231