Muəllif:

Dr. Veyis Güngör: Erməni diasporunun var olması soyqırım məsələsini gündəmdə tutmaqdan keçir

Xəbər verdiyimiz kimi, aprelin 3-dən 5–dək İstanbulda TASAM–ın (Türk Asiya Strateji Araşdırmalar Mərkəzi) təşkilatçılığı ilə “Türk Diasporası və Türk Dünyası Vizyon 2023” mövzulu 2-ci Dünya Türk Forumu keçrildi. Foruma dünyanın 60–dan çox ölkəsindən qeyri-hökumət və düşüncə quruluşları rəhbərləri, alimlər, Türkiyə və iştirakçı dövlətlərin parlament üzvləri, dövlət nümayəndələri, əlaqədar beynəlxalq təşkilatlar, müşahidəçi diplomatik missiya təmsilçiləri, əlaqədar mütəxəssislər və media mənsubları qatılmışdılar.
Niderland Avropadan Forumda ən böyük heyətlə iştirak edirdi. Heyətin tərkibinə Niderlandda fəaliyyət göstərən 11 təşkilat rəhbəri və bundan başqa jurnalistlər də daxil idi. Heyətin rəhbəri Avropalı Türk Demokratlar Birliyinin Başqanı, Dr. Veyis Güngör forumu belə dəyərləndirdi: Biz foruma Niderlandda fəaliyyət göstərən Hollandiya Avrasiya Sivil Toplumu adına 11 təşkilat başqanı və jurnalistlərlə qatıldıq və biz Avropadan qatılan ən geniş heyət idik. Forumun mövzusu “Türk Diasporası və Türk Dünyası Vizyonu 2023” idi. İki günlük toplantıda əsas müzakirə olunan mövzular Türk Dünyasının nə düşündüyü, 2023–cü ilə nələrə nail olması, necə hazırlaşması idi. Bundan başqa 2015–ci ilə hazırlıqlar və bununla bağlı mübarizə yolları idi. Bilirsiz ki, 2015–ci ildə sözdə erməni soyqrımının 100 illiyidir. Dağlıq Qarabağda baş verənlər, orda törədilmiş soyqrım və görməli olduğumuz işlər də müzakirə olunan əsas məsələlərdən idi. Əlbəttə ki, ortaq mədəniyyətin formalaşması və s. məsələlər də müzakirədən kənarda qala bilməzdi. Bütün bunlardan isə 2023 Türk Diasprunun vizyonu üzə çıxdı və görməli olduğumuz işlərə nəzər salındı. Bu işlərdə Avropada fəaliyyət göstərən Türk diasporunun üzərinə çox iş düşür. Bilirsiniz ki, dünyada ən böyük Türk diasporu Avropadadır. Belə ki, bu gün Avropada 5 milyona yaxın Türk kökənli insan yaşayır. Ona görə də bu insanların qarşımızdakı illərdə nə kimi işlər görə biləcəyi üzərində xüsusi dayanıldı. Qərara alındı ki, bu günə kimi ən çox daxilə istiqamətlənmiş fəaliyyət göstərən Türk diaspor təşkilatları, bundan sonra xaricə, ətrafındakı insanlara (yaşadıqları ölkənin insanlarına), təşkilatlara istiqamətlənmiş fəaliyyət göstərməlidir. Deyək ki, yaşadığımız Hollandiya, Almaniya, İlgiltərə ilə birlikdə çalışmaq imkanlarına nəzər salınaraq bu ölkələrlə birgə çalışmalara başlamaq qərara alındı. Ayrıca olaraq 1915–ci il hadisələri ilə Xocalı soyqrımına ayrı-ayrı yanaşmalı olduğumuz gündəmə gəldi. Ona görə ki, 1915–ci il sözdə erməni soyqrırımı artıq beynəlxalq bir problem halına gəlib və bu iş bitməyəcək. Çünki erməni diasporunun var olması məhz bu məsələni gündəmdə tutmaqdan keçir. Bunlar bunu bitirməzlər. 2015–ci ildən sonra da bu istiqamətdə fəaliyyətlərinı davam edəcəklər. Bu da onların əlində başqa bir şeyin olmadığından irəli gəlir. Qərara alındı ki, biz də fəaliyyətimizdə bunları mütləq nəzərə almalıyıq. Eyni zamanda Türk ictimaiyyətinin də bu işlərə qatqısı forumda müzakirə olunan mövzulardan idi. Bilirsiniz ki, bu işlər tək bir dövlətin görəcəyi işlər deyil. Burda həm də xalq diplomatiyası, mədəniyyət göstəriləri və s. rol oynayır. Bunun üçün də Avropada və bütün dünyada yaşayan insanlara istiqamətlənmiş fəaliyyət göstəriləcək. Ən önəmli olanlardan biri də dünyanın 60–dan çox ölkəsindən gəlmiş insanların bir-birini tanıması, fikir mübadiləsi aparmaları və mümkün iş birliklərinin ortaya çıxması idi. Bütün bunları nəzərə alaraq TASAM tərəfindən təşkil olunmuş bu forumu öz məqsədinə çatmış hesab edirəm.

[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 240