Muəllif: Administrator

Azad düşüncənin sonsuz üfüqü

Plutarkın sözüdür: “İnsan zehni dolacaq bir kasa deyil, alovlanacaq ocaqdır”. Novruz inanclarına görə alov həm də aydınlığın simvoludur. Atəşin şüası düşdüyü künc-bucağın belə qaranlığını aydınladır. İnsan şüurunu aydınladansa bilikdir. Biliklərə yol isə mütailədən keçər. Etiraf edək, insanlarımız az mütailə edir. Aydınlanmaq – bilgilənmək bütün zamanların hökmü olub. Hazırkı internet əsrində xüsusən. *** Qonşu Ermənistanda son demokratik gəlişmələrin səbəblərindən biri də, şübhəsiz, bu ölkənin bilgilərə açıq olmasıdır. Məlumatlanmanın, öyrənmənin yeni yollarını axtarır, hər fürsətdən yararlanırlar.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

DOLMA VƏ SİLİKON

Dünyanın ən böyük “Apple” mağazalarından birinin yanındakı kafedəyəm. Görüşəcəyim dostum gecikir. Gah telefonda nəsə oxuyur, gah da mağazaya girən müştəriləri incələyirəm. Çoxu 20-30 yaşında gənclərdir. Modern texnologiyalar həyatlarının ayrılmaz hissəsidir. Smart telefon və sosial şəbəkələrdən istifadəyə görə türk gəncləri dünyada ilk sıralardadırlar. İqtidar partiyası Bələdiyyə seçkiləri ərəfəsində Yenikapıda son İstanbul mitinqini keçirir. Yollar tıxacdır, dostumu gözləyərkən telefonda gözümə Embry Tech adlı bir startap haqda xəbər sataşır.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

Parisi bu dəfə kim partlatdı?..

Bütün gizlinlərin açarı bir gün tapılır. Bəlkə də qısa müddət keçəcək və Fransadakı “sarı jiletlilər” hərəkatının da geosiyasi çalarları məlum olacaq. Hətta indinin özündə ABŞ prezindeti D.Tramp etirazları Paris qlobal iqlim sazişilə bağladı və E.Makron hökumətinə sazişdən çıxmağı, sərbəstləşmiş vəsaitləri isə vətəndaşlara paylamağı, vergiləri azaltmağı məsləhət gördü.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Frau Merkelin bir cümləsi…

 Rusiyanın son münaqişələrdəki fitnəkar rolunu dünyaya necə anladır? Moskvanın Vnukovo hava limanında  təyyarənin Bakıya uçması rəsmi şəxslərin ləngiməsi səbəbindən 2-3 saat təxirə salınmışdı. Küçəyə çıxmaq mümkün deyildi, çünki dekabr şaxtası adamın iliyinə işləyirdi. Yaxşısı aeroportun kafesində çaydan-kofedən isti bir şey içib qızınmaq idi. Mənim soyuqdan büzüşdüyümü görən dövlət müşaviri, rəhmətlik Vəfa Quluzadə ikinci mərtəbəyə qalxıb çay içməyi təklif etdi.

Tam mətn
Muəllif: Redaksiya

Araz Əzimov: “Xocalı aeroportunun açılması nə leqal, nə siyasi yolla mümkündür”

Araz Əzimov deyib ki, Xocalı aeroportunun açılması nə leqal, nə siyasi yolla mümkündür. Ermənistan isə nə itirəcəyini anlamalıdır. “Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı 20 ildən artıqdır davam edir. Lakin ATƏT Minsk Qrupunun münaqişəni nizamlamaq istiqamətində fəaliyyəti nəticə vermir, bu, bizdə narahatlıq doğurur”. APA-nın məlumatına görə, bu açıqlamanı Ankarada jurnalistlərə…

Tam mətn
Muəllif: Redaksiya

İranla ticarət dövriyyəmiz kəskin azalıb

90-ci illərdə Azərbaycanın ticarət tərəfdaşları arasında İran ilk yerlərdən birini tutduğu halda, son onillikdə İran tədricən bu mövqeyi itirməyə başlayb. Əgər 2007-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 540 milyon ABŞ dolları təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 305 milyon dollar səviyyəsinə enib. 2011-ci ilin sonunda Azərbaycanın ümumi ticarət…

Tam mətn