Muəllif: Elçin Şıxlı
                                            
                                                
                                            Tam mətn
                                            
                                    Çovğun
Sanki yer ayağının altından qaçdı. Qan başına vurdu. Gicgahlarının guppuldadığını hiss etdi. Qulağındakı güyültünü qovmaq istəyirmiş kimi başını zərblə bulayıb yoldaşının üzünə baxdı. Qızın üzü dümağdı – rəng-ruhu qaçmışdı. Gözləri təlaş və qorxudan az qala hədəqəsindən çıxırdı. Anası da yumağa dönüb mətbəxin bir küncünə sığınmışdı. Balaca nəvəsinin yağlı əppək olubmuş kimi göyə çəkilməsi ağlını başından almaq dərəcəsinə gətirmişdi onu… *** Bu şəhərdə qış həmişə mülayim keçərdi.
                                                Bölüm: Köşə
                                                
                                                
                                            
                                        