Muəllif: Administrator

Azad düşüncənin sonsuz üfüqü

Plutarkın sözüdür: “İnsan zehni dolacaq bir kasa deyil, alovlanacaq ocaqdır”. Novruz inanclarına görə alov həm də aydınlığın simvoludur. Atəşin şüası düşdüyü künc-bucağın belə qaranlığını aydınladır. İnsan şüurunu aydınladansa bilikdir. Biliklərə yol isə mütailədən keçər. Etiraf edək, insanlarımız az mütailə edir. Aydınlanmaq – bilgilənmək bütün zamanların hökmü olub. Hazırkı internet əsrində xüsusən. *** Qonşu Ermənistanda son demokratik gəlişmələrin səbəblərindən biri də, şübhəsiz, bu ölkənin bilgilərə açıq olmasıdır. Məlumatlanmanın, öyrənmənin yeni yollarını axtarır, hər fürsətdən yararlanırlar.

Tam mətn
Muəllif: Pərviz Cəbrayıl

İNŞALLAH, ELİNA SAĞ QALMAZ…

İntihar heç də deyildiyi kimi, ümidlərin öldüyü son nöqtə deyil, əksinə, yeni ümid başlanğıcı, daha gözəl həyat arayışıdır. Bu, bir ümiddən daha böyüyünə, daha etibarlısına keçid cəhdidir. Dinlər yaranmasaydı, bəlkə bu ikinci (daha böyük) ümid də yaranmazdı. Əminəm ki, dinlərin »o biri dünya»nı kəşf etməsinə qədər heç bir insan intihar etməyib… Vəhşi heyvanlar parçalayıb, xəstəlikdən ölüblər, döyüşdə həlak olublar, təbii fəlakətlər aparıb, ancaq intihar etməyiblər.

Tam mətn
Muəllif: Mehparə Rəhimqızı

Müdafiədə kimdir?

Düşünürəm ki, dilimizdə ən az işlənən sözlərdən biridir, bəlkə də birincisidir, müdafiə sözü. Bu sözə daha çox Müdafiə Nazirliyinin adında rast gəlirəm. Amma adı Müdafiə Nazirliyi olan bir nazirliyin nə işlə məşğul olduğunu belə, bilmirəm. Çünki bir dövlət olaraq, heç bir halda, düşmənlərdən müdafiə olunmuruq.

Tam mətn
Muəllif: Redaksiya

Məktəblərin və müəllimlərin telefon dərdi

TN-də hesab edirlər ki, uşaqların tərbiyə məsələsi məktəbdən daha çox ailə ilə bağlıdır. Orta məktəblərdə dərs prosesini pozan şagirdlərə qarşı inzibati tədbirlər görülməsi təklif edilir. TN-də hesab edirlər ki, dərs prosesini pozan şagird ən azı hansısa inzibati cəzalara məruz qala, cərimələnə bilər. TN tərbiyə və məktəbdənkənar tərbiyə şöbəsinin müdiri…

Tam mətn