Muəllif: Elçin Şıxlı

Küçə itləri

Əsli-nəsli bilinməyən, damarlarında min cür tulanın qanı axan, yalnız kürsək zamanı birləşib sürü halında ətrafındakılara hürənlərin qarşısına cins və qorxmaz biri çıxanda gec-tez onun qabağında şırvanırlar. İnsanlar da belədir. İndi, görünür, insan cildində olan bu tulaların kürsək vaxtıdır, amma mən qəti əminəm ki, gec-tez onlar dürüst və namuslu insanların qarşısında şırvanacaqlar. Sadəcə, problem ondadır ki, cins adamlar YALQUZAQ olurlar – onları SÜRÜyə  qatmaq olmur, çünki SÜRÜ psixologiyası onlarin təbiətinə yaddır!

Tam mətn
Muəllif: Elçin Şıxlı

Küçə itləri

“Canavarı görən saqqallı qərib kişi dirçəldi və canavara  diqqətlə baxıb birdən “Alan” deyə pıçıldadı. Elə bil canavar bu sözü eşitdi. İtin qan yaddaşı hərəkətə gəldi. Keçəl Xondulunu öldürdükdən və uzun müddət meşədə tək yaşadıqdan sonra canavar sürüsünə qoşulmuş və oralara hərlənən bir insan övladı gördükdə üstünə atılmışdı. Ona görə də heç kəs qorxusundan o tərəflərə hərlənməz, “Alan” törəmələrindən özünüzü qoruyun deyərdilər… Alan əvvəlcə çömbəltmə oturub qərib kişiyə baxdı. Sonra biləklərinin üstündə sürünərək ona yaxınlaşdı.

Tam mətn