Muəllif: Kamran Mahmudov

Söyüş aynası

Uşaq idim. Uşaqlığımız kəsilsin. Bizim nəsil nə uşaq kimi uşaqlıq keçirdi, nə də gənc kimi gənclik.  Indi də 40-a yaxınlaşmışıq, amma hələ də ümidlə yaşayırıq. Nəysə sözüm onda yox. “Uşaq idim” dediyimdə 1988-1992-ci illəri nəzərdə tuturam. Azərbaycanın ən qaynar, emosional dövrü. Bir tərəfdə Qarabağda baş verənlər, o biri tərəfdə Azadlıq meydanında baş verənlər. Azad medianın cücərtiləri. “Azərbaycan”, “Azadlıq” qəzetləri. Və hamının tək televiziya kanalı olan dövlət televiziyası. Onda heç adı da yox idi. Elə öz kanalımız deyirdilər.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

24 İL BUNDAN ƏVVƏL HƏM DƏ…

Bəli, ölkə ilk böyük neft müqaviləsinin imzalanmasının 24-cü ilini də yola saldı. Böyük yubiley təntənələri güman ki, növbəti ildə olacaq. İndi isə məmurlarımızın diqqətinin hələki başqa bir səmtlərdə olmasından istifadə edib bəzi detalları saf-çürük etməyə çalışmaq olar. Hərçənd, bunun da elə bir mənası yoxdur, cəmiyyətimiz elə yatıb ki, sözün əsl mənasında onun malını-sərvətini oğurlamamaq, nefti burada çıxarıb onu ayıran böyük zavodları isə Türkiyədə tikməmək günahdır.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Reportyorun Qarabağdan keçən taleyi

Onun cəbhə bölgəsindən verdiyi canlı reportajlara hamı həyəcanla baxırdı, adamlar nəfəs dərmədən, bir sözünü belə buraxmadan onu dinləyirdilər. Çingizin əlində mikrofon kamera önünə çıxması ilə ekranlarda və tamaşaçı şüurunda, sanki hər şey dəyişirdi: ütülü xəbərlərin yaratdığı yalançı təsəvvürlər əriyir, illüziyalar sona yetir, rənglər öz halına qayıdır, göz önündə hadisə yerinin real mənzərəsi canlanırdı. Çünki reportyor Çingiz Mustafayev heç nəyi artırıb-əksiltmirdi, gördüklərinə şahidlik edir, ölkənin və millətin taleyi üçün önəmli olan sərt həqiqətləri deyirdi.

Tam mətn
Muəllif: Elçin Şıxlı

“Qarabağ haykusu”

İl — 1993. Ay – iyul. Gün – 22. Yerimə keçib masama baxdım. Üstü həmişəki kimi kağız və yazı-pozuyla dolu idi. Onları oxuyub sahmanlamaq, bəyənilənləri çapa hazırlamaq lazımdı. Bütün bunları görmək gözümə durmuşdu. Siqaret yandırıb tüstünü ciyərlərimə çəkdim. Bir-iki qullab da vurub işə başladım. Rauf (Talışinski) içəri girəndə növbəti yazını redaktə edirdim. İlk sözü bu oldu ki, “Старик, ну ты и накурил тут. Прямо топор можно вешать” (Qoca, bu qədər də siqaret çəkmək olar. Tüstüdən göz-gözü görmür).

Tam mətn
Muəllif: Seymur Kazımov

2018-ci ildə Qarabağ münaqişəsi niyə həll olunmayacaq?

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Qarabağ münaqişəsinin həlli ilə əlaqədar sonuncu görüşü əvvəlkilərdən fərqlənmədi. Oturdular, söhbət etdilər. Nə danışdılar, konkret nəyi müzakirə etdilər, kim nə dedi, o birisi hansı cavabı qaytardı… yenə də bu barədə nəyisə bilmədik. Doğrusu, cəmiyyətdə də bu məsələ müzakirə olunmadı. Çoxdandır müzakirə olunmur. 23 ildir ki, münaqişənin həlli “ölü nöqtə”dən tərpənmir. Belə görünür ki, 2018-ci ildə də eyni aqibətlə üzləşəcəyik. Çünki, 2018-ci ildə Ermənistanda prezident seçkisidir.

Tam mətn