Muəllif: Zülfüqar Rüfətoğlu

Taclı virus — taclıların qənimi

Son 20-30 ildə dünya koronavirussuz da kökündən dəyişmişdi. Bəşəriyyətin inkişafında belə sıçrayışlı tərəqqi zamanları hər əsrdə olmur. 1990-cı illərin əvvəllərində əlində əl telefonu olanları barmaqla saymaq olardı, amma artıq 1990-ların sonunda bu qitədən o qitəyə videozənglər edilirdi. Gen mühəndisliyi, süni təfəkkür, böyük rahatlıq həm də böyük sərvət gətirirdi. Adamlar hansısa məqamda bütün bunları demokratiya və azadlığın gətirdiyini unutmuşdular. Bu səbəbdən də sovet-rus imperiyasının cəngindən qurtaran millətləri elə öz soydaşları müti köləyə, azad respublikaları monarxiyaya çevirdilər.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

Nə üçün bu cəmiyyətin 6-cı təlimə ehtiyacı var?..

  Yəqin bilənlər bilir, bilməyənlər üçün də, polislərimiz demiş, tərəfimizdən ərz edək ki, müasir psixologiya elmində beş əsas istiqamət var: biheviorizm, qeştalt-psixologiya, psixoanaliz, humanist psixologiya və transpersonal psixologiya. Bəli, hər bir normal adam (belələrinin davranışını psixologiya, xəstələrinkini isə psixiatriya öyrənir) tamamilə əmin ola bilər ki, yaşadığı bütün hiss və həyəcanları, nə bilim, dürlü, çeşidli affektləri və daha nə bilim, nələri və nələri — məhz bu beş təlim əsasında çözmək mümkündür.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

24 İL BUNDAN ƏVVƏL HƏM DƏ…

Bəli, ölkə ilk böyük neft müqaviləsinin imzalanmasının 24-cü ilini də yola saldı. Böyük yubiley təntənələri güman ki, növbəti ildə olacaq. İndi isə məmurlarımızın diqqətinin hələki başqa bir səmtlərdə olmasından istifadə edib bəzi detalları saf-çürük etməyə çalışmaq olar. Hərçənd, bunun da elə bir mənası yoxdur, cəmiyyətimiz elə yatıb ki, sözün əsl mənasında onun malını-sərvətini oğurlamamaq, nefti burada çıxarıb onu ayıran böyük zavodları isə Türkiyədə tikməmək günahdır.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

ROBİN QUD SİNDROMU

BİZLƏR VƏTƏNDAŞLAR TOPLUMUNA ÇEVRİLMƏMİŞİK Birinci məqalə İsti-isti Gəncə hadisələrini dəyərləndirmək istəyi vardı. Amma bir az sakitləşəndən  sonra  fikrimdən daşındım. Bir müddət hadisələri kənardan müşahidə etməyə üstünlük verdim. Necə deyərlər, emosiyalara uymamağı qərara aldım. Hadisələrdə islamçıların günahladırılması da, kütləvi həbslər də, şübhəli şəxslərin bir qisminin həbs zamanı qətlə yetirilməsi də, və yəhayət, terroristlərin arxasında xarici güclərin durması haqqında ehtimallar da gözlənilən idi. Bu ssenari çox asanlıqla oxunurdu.  Elə bil ki, öz əlimlə yazmışdım.

Tam mətn
Muəllif: Rauf Mirqədirov

TÜRKİYƏNİN DEMOKRATİYA DƏRSLƏRİ

3-cü yazı Türkiyənin dünəni, bu günü və sabahı ilə bağlı silsilə məqalələrin üç yazıdan ibarət olacağını düşünürdüm. Lakin azsaylı da olsa, mənim üçün çox dəyərli oxucularımin bəzi sualları məni silsilənin ilk iki məqaləsində əksini tapmış bir sıra fikirlərə aydınlıq gətirmək məcburiyyətində qoydu. Əziz oxucular, nəzərinizə çatdırmaq istərdim ki, bu maqalələr silsiləsində Türkiyə tarixində baş vermiş ayrı-ayrı tarixi hadisələri deyil, bütöv mərhələləri əhatə edən ictimai-siyasi proseslər və onların təhlinini verməyə çalışmışam.

Tam mətn
Muəllif: Elxan Şahinoğlu

Bakı Vaşinqtonla yaxın olmaq istəyirmi?

Bu həftə Bakıya səfər edən ABŞ dövlət katibinin müşaviri Tomas Melia «Turan» agentliyinə verdiyi müsahibədə «biz neft naminə demokratiyanı qurban vermirik» açıqlamasını səsləndirdi. Bu tip açıqlamaları illərdir eşidirik, dəyişən bir şey varmı? Əlbəttə, ABŞ-ın Azərbaycana marağı artır. Elə Melianın son 8 ayda Azərbaycana etdiyi 3 səfər də bundan xəbər…

Tam mətn
Muəllif: Redaksiya

Demokratiya və insan haqları sahəsində durumu müzakirə edəcək

ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisinin müavini Tomas Melia gələn həftə Azərbaycana gələcək. Səfərdə məqsəd demokratiya və insan haqları sahəsində vəziyyətin müzakirəsidir. Bu barədə Turan-a diplomatik mənbələrdən məlum olub. ABŞ səfirliyindən məlumatı təsdiqləyiblər, lakin səfər haqqında rəsmi məlumat yaymayıblar. Sonuncu dəfə Tomas Melia Azərbaycana 2012-ci…

Tam mətn