Jalə Neftçi: İraq parçalansa, Kərkük müstəqil dövlət olacaq
«Kərkük əhalisi, burada yaşayan türkmənlər İraq dövlətinə çox bağlıdırlar və onlar heç vaxt ölkələrinin parçalanmasını istəməzlər. Amma İraq dövləti parçalansa, Kərkük vilayəti müstəqil dövlətə çevrilmək niyyətindədir». APA-nın məlumatına görə, bu barədə Bakıda səfərdə olan İraq parlamentinin üzvü, İraqın Kərkük vilayətindən olan deputat Jalə Neftçi Bakıda keçirdiyi görüşdə bildirib. Onun…