Muəllif: Redaksiya

Qafar Çaxmaqlı ermənicə-Türkcə və Türkcə-ermənicə lüğət hazırlayıb

Kayseri şəhərindəki  Erciyəs universiteti azərbaycanlı müəllim, dosent Qafar Mehdiyevin (Qafar Çaxmaqlı) “Ermenice dersler (kendi-kendine ermenice öğrenenler için)» kitabını çapdan  buraxıb. 330 səhifəli kitabının nəşri ilə bağlı APA-ya açıqlama verən Qafar Mehdiyev, əsərinin erməni dilini öyrənmək istəyənlər üçün Türkiyədə  ilk metodik xarakterli dərslik olduğunu deyib. Kayseridəki  Erciyəs universitetində Türkiyənin ilk ermənişünaslıq kafedrasını yaradan dosent Qafar Mehdiyev (Çaxmaqlı) sözlərinə bu şəkildə davam edib: ”Türkiyəyə qarşı “soyqırım” böhtanlarının gündəmi daha çox məşğul  etdiyi bu günlərdə ölkədə ermənicə bilən və mənbələri orijinaldan araşdıracaq olan türk mütəxəssislərə böyük ehtiyac yaranıb. Bu kitab təkcə ali məktəblərdə deyil, erməni dilini sərbəst şəkildə öyrənmək istəyənlər üçün də önəmli bir vəsait olacaq”.

Alim bu səpkili dərsliyə Azərbaycanda da ehtiyac olduğunu bildirib: “Çünki istər Türkiyəyə, istərsə də Azərbaycana qarşı atılan böhtanlara obyektiv şəkildə cavab verə bilmək üçün erməni dilini yaxşı öyrənməyimiz və mənbələri orijinaldan oxuya bilməyimiz lazımdır.

Qafar Mehdiyev bildirib ki,  Ərciyəs universitetində ermənişünaslıq kafedrasını yaradılandan sonra Türkiyənin digər elmi qurumları, araşdırma mərkəzləri, QHT-ləri, dövlətin müvafiq qurumları bu işə ciddi maraq göstərirlər. Q.Mehdiyev  yaxın gələcəkdə ermənicə-Türkcə və Türkcə-ermənicə  hazırladığı lüğətləri çapa verəcəyini qeyd edib. Bundan əlavə Türkiyənin və Azərbaycanın “erməni problemi” ilə bağlı geniş miqyaslı araşdırmalarını da çapa hazırladığını bildirib. O, həmçinin, 2013-cü ildə türkcə çapdan çıxmış “Ermeni düşüncə sistemi və terör” adlı kitabının  dünya miqyasında böyük maraq doğurduğunu bildirərək, hazırda kitabın bir neçə dilə tərcümə olunduğunu qeyd edib.

Ankarada çapdan çıxan “Yeni Türkiye” adlı toplumun dekabr sayında Qafar Mehdiyevin “Türk-ermeni dil ilişkileri ve Türkçenin ermeniceye etkisi” adlı iri həcmli məqaləsi çap edilib. 

Tam mətn
Muəllif: Redaksiya

Generalların işinə baxan məhkəmə heyətilə bağlı təhqiqat başlayıb

Adı çəkilən heyətlə bağlı təhqiqat qərarı ömürlük həbs cəzası verilmiş Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi İlker Başbuğun vəkili İlkay Sezerin müraciətindən sonra başlanıb. Vəkil İ.Sezer sübut olaraq mahkəmə müddətində Konstitusiya Məhkəməsi qərarlarına və digər rəsmi qanunlara zidd əməllərə yol verildiyini göstərib. 2003-cü ildə Türkiyədə hakimiyyətə gələn AKP…

Tam mətn
Muəllif: Redaksiya

Türkməncə Iraqda rəsmi dil oldu

Türkməncə, Süryanicə və Asuricə  Iraq Parlamenti tərəfindən bəyənilən qanunla rəsmi dil olaraq qəbul edildi. Beləliklə ölkədə  Ərəbcə və Kürdcə ilə birlikdə rəsmi dil sayı  5-ə çatdı. Təklif 185 milletvəkilinin səsverməyə qatılmasıyla qanun şəklinin almışdır. Türkmənlər yaşadıqları bölgələrdə çoxluq təşkil etdiklərinə əsaslanaraq öz dillərini rəsmi dil olaraq istifadə edəcəklər. Hesab…

Tam mətn
Muəllif: Redaksiya

Gürcüstan prezidentinin qohumu “dozadan artıq kokain qəbulu” diaqnozu ilə…

Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin qeyri-rəsmi nikahda olduğu Maka Çiçuanın kürəkəni Mindia Qoqoçuri “dozadan artıq kokain qəbulu” diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Qoqoçuri dostu ilə birlikdə səhər saatlarında Tbilisi Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda hər ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Qoqoçurinin Kaçarava soyadlı dostunun hətta nəbzi hiss olunmur. Xəstəxananın növbətçi həkimi artıq bu barədə polisə məlumat verib.

Xəstəxanaya gətirilənlərin şəxsiyyətini Gürcüstan prezidentinin mühafizəçilərinin və Maka Çiçuanın gəlişindən sonra müəyyənləşdirmək mümkün olub. Qoqoçurinin dostunun anası Səhiyyə Nazirliyində yüksək vəzifə tutduğu üçün faktın xəstəxananın qeydiyyat kitabında yer almayacağı və cinayət işinin qaldırılmayacağı güman olunur.     

 …

Tam mətn
Muəllif: Redaksiya

Zəkəriyyə Öz vəzifəsindən kənarlaşdırıldı və ona böhtan atıldı

Bu qərar ötən gün Hakimlər və Savçılar Yüksək Kurulu (HSYK) tərəfindən “rüşvət qalmaqalı” ilə bağlı ortaya çıxan yeni iddialar araşdırılarkən verilib.

Zəkəriyyə Özlə bağlı qərarda bildirilib ki, İstanbulda həyata keçirilən əməliyyatla bağlı istintaq işinin 6 əvvəl sona çatmasına baxmayaraq iş üzrə materiallar məhkəməyə verilməyib. Qərarda…

Tam mətn
Muəllif: İsmayıl Umudlu

Fransanın sosial və həmrəy iqtisadiyyatı

Bu sektor, ən aktual–sosial ədalət, qeyri-bərabərliyə qarşı mübarizə, ətraf mühitin qorunması, ehtiyatların daha dəqiq hesablanması və nəzərə alınması kimi suallara konkret cavablar verir Artıq hamı etiraf edir ki, sosial və həmrəy iqtisadiyyat həm əhalinin, həm də yerli idarəetmə orqanlarının tələbatını…

Tam mətn
Muəllif: Redaksiya

Hollandiya Ruslarının Koordinasiya Şurası Haaqada Azərbaycan məktəbinin müsafirləri olublar

Haaqa Azərbaycan məktəbinin növbəti müsafirləri Hollandiya Ruslarının Koordinasiya Şurasının üzvləri olub Xəbər verdiyimiz kimi, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi ötən il dekabr ayının 14-dən Haaqa şəhərində yerləşən yeni ofisinə köçüb. Burada birlik rəsmi fəaliyyətini davam etdirməklə yanaşı Nizami Gəncəvi adına Azərbaycan Məktəbi də təşkil edib. Dahi Azərbaycan şairi…

Tam mətn